Dohada Azərbaycan, Rusiya və İran nazirlərinin iştirakı ilə üçtərəfli görüş olub
Qaz İxrac edən Ölkələr Forumunun (GECF) tədbirləri çərçivəsində Dohada Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Rusiya Federasiyasının energetika naziri Nikolay Şulqinov və İranın energetika naziri Əli Əkbər Mehrabianın iştirakı ilə üçtərəfli görüş keçirilib.
Energetika Nazirliyinin yaydığı məlumata görə, görüşdə ölkələr arasında enerji əməkdaşlığının gündəliyində olan məsələlər müzakirə edilib. Şimal-Cənub elektrik enerjisi dəhlizinin yaradılması istiqamətində görülən işlər nəzərdən keçirilib. Azərbaycan, İran və Rusiyanın elektrik şəbəkələrinin əlaqələndirilməsi layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması ilə əlaqədar fikir mübadiləsi aparılıb. Elektrik enerjisi dəhlizinin hər üç ölkə üçün əhəmiyyətli olduğu vurğulanaraq, layihənin texniki-iqtisadi əsaslandırması prosesinin sürətləndirilməsinin vacibliyi qeyd edilib. Layihənin texniki-iqtisadi əsaslandırmasına məsul şirkət “Monenco Iran”, eləcə də hər üç ölkənin energetika nazirlikləri və müvafiq enerji şirkətlərinin iştirakı ilə görüşün keçirilməsi təklif edilib.
Energetika naziri Pərviz Şahbazov ilə İranın energetika naziri Əli Əkbər Mehrabian arasında ikitərəfli görüş də olub. Görüşdə iki ölkə arasında enerji əməkdaşlığına, həmçinin “Xudafərin” və Qız Qalası” su elektrik stansiyaları layihəsinin icrası ilə bağlı məsələlər müzakirə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 38 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI


























