“AZAL” və “LOT” aviaşirkəti əməkdaşlıq perspektivlərini müzakirə ediblər
Baş əməliyyat direktoru Matsey Vilkin başçılığı ilə Polşanın "LOT" aviaşirkətinin nümayəndə heyəti "Azərbaycan Hava Yolları"nın dəvəti ilə Bakıya işgüzar səfərə gəlib.
Fevralın 24-də AZAL-ın ofisində keçirilən görüşdə AZAL-ın vitse-prezidenti Eldar Hacıyev və “LOT” aviaşirkətinin baş əməliyyat direktoru Matsey Vilk əməkdaşlığın perspektivlərini və mülki aviasiyanın aktual məsələlərini müzakirə ediblər.
Görüş zamanı tərəflər həmçinin epidemiya əleyhinə məhdudiyyətlərdən çıxmaq üçün aviaşirkətlər tərəfindən görülən ardıcıl tədbirlər və sərnişin reyslərinin mərhələli şəkildə bərpa edilməsi haqqında məlumat veriblər.
Eldar Hacıyev qeyd etmişdir ki, birbaşa hava əlaqəsinin açılması iki ölkə arasında turizim və işgüzar münasibətlərin inkişafı üçün əlavə stimul olacaqdır.
Onun sözlərinə görə, 2020-ci ilin yanvar ayından Azərbaycanın bütün hava limanlarında hava məkanının beşinci və yeddinci dərəcəli “hava azadlığı” rejimi tətbiq olunur. "Bu dərəcələr bütün xarici aviadaşıyıcılara Azərbaycandan Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə heç bir məhdudiyyət olmadan uçuş icra etmək imkanı verir", - deyə Eldar Hacıyev qeyd edib.
Matsey Vilk Polşada xaricilərin girişinə qoyulan bir sıra koronavirus məhdudiyyətlərinin aradan qaldırılması fonunda “LOT” aviaşirkətinin Varşavadan Bakıya birbaşa reyslərinin açılmasında maraqlı olduğunu bildirib.
Qonaqlara beşulduzlu Heydər Əliyev Beynəlxalq Aeroportunun imkanları, xüsusilə təyyarələrə göstərilən yerüstü xidmətlər, müxtəlif xidmətlərin fəaliyyəti və aerovağzal kompleksində sərnişinlər üçün yaradılmış rahat şərait də nümayiş etdirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
9 d. əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
-
- 12 d. əvvəl
- 14 d. əvvəl
-
28 d. əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
30 d. əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
-
47 d. əvvəl
“AFB Bank”ın maliyyə vəziyyəti necədir? - BANKIN SON DURUMU MƏLUM OLDU
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
-
2 saat əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub



























