Neft düşür, banklarda Dolların qalxdığı müşahidə olunur
Banklarda Dolların qalxdığı müşahidə olunur.
“Marja” xəbər verir ki, Kapital Bank Dolların alışını 1.69 manatdan 1.6910 manata, Yapı Kredi Bank da 1.69 manatdan 1.6910 manata qaldırıb.
Mərkəzi Bankda keçirilən hərracdan sonra manatın orta çəkili məzənnəsi dəyişməsə də, banklarda Dollar qalxmağa meyillidir. Bir neçə gün öncə, KapitalBank Dolların alışını 1.6850 manatdan 1.69 manata qaldırmışdı.
ƏMANƏTLƏRDƏ İKİQAT FAYDA: 15% GƏLİR + SIĞORTA HƏDİYYƏ
Dünya birjalarında da Dollar bahalaşır. Artıq Avro/Dollar məzənnəsi 1.12 səviyyəsindən aşağı düşüüb.
Yenidən dünya birjalarında neft kəskin ucuzlaşıb. Artıq Brent nefti 47,81 dollara satılır. Neftin 40 dollara qədər düşə biləcəyi gözlənilir.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,54 dollar və yaxud 1,11% azalıb.
"Azeri LT CIF" markalı neftin qiyməti 48,29 dollar/barelə bərabər olub.
"Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Qeyd edək ki, dünya bazarlarında Brent neftinin barelinin qiyməti 48 dollardan aşağı düşüb (Bakı vaxtı ilə saat 09:50-yə 47,81 dollar).
Azərbaycan büdcə gəlirləri üçün neftin qiymətini 40 dollar müəyyən edib. Bu qiymət ölkəmiz üçün kritik səviyyədir.
Neft, qlobal bazarlarda Dolların bahalaşması, ABŞ-da neft ehtiyatlarının və hasilatının artması ilə əlaqədar olaraq ucuzlaşır. Rusiya neftin yenidən 40 dollara düşəcəyini proqnozlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
13 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
13 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 15 saat əvvəl
-
15 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























