“Auto Azərbaycan” şirkəti yenə bu 8 martda da xanımları unutmadı!
Hyundai brendinin Azərbaycandakı rəsmi distributoru “Auto Azərbaycan” şirkəti yenə bu 8 martda da xanımları unutmadı!(®) 8 Mart Beynəlxalq qadınlar günü beynəlxalq səviyyədə qeyd olunan və qadın məfhumunun cəmiyyətdə oynadığı çox vacib rolu diqqətə çatdırmaq, onların iqtisadi, siyasi və sosial mühitlərdə müdafiəsi və fərdi inkişafının əhəmiyyətini bir daha vurğulamaq üçün çox əlamətdar bir gündür.
Hyundai Azərbaycan bu qlobal çağırışa tərəfdar çıxaraq daim öz fəaliyyətində qadınlara diqqət və qayğını ön planda tutmuş və onları ənənəvi olaraq hər il bu bayram günündə çox müxtəlif hədiyyələrlə və sürprizlərlə heyran etməyi bacarmışdır. Bu ənənə həmçinin “Hyundai Azərbaycan”ın aid olduğu "Auto Azərbaycan "şirkətinin müştəri məmnuniyyəti strategiyasına da xüsusi bir rəng qatmaqdadır.
Bu il 8 Mart beynəlxalq qadınlar günü ilə bağlı “Hyundai Azərbaycan” öz fəaliyyət sektoruna uyğun olaraq avtomobil sahibi xanımlarımızı yenə öz rəsmi servis mərkəzlərində xüsusi təklif, güzəştlər və gülərüz kollektivi ilə salamlayacaqdır.
Rəsmi Hyundai servis mərkəzlərinə müraciət edən Hyundai avtomobil sahibi xanımlarımız ehtiyyat hissələrinə 10%-lik endirim fonunda həmçinin işçilik haqqına da 20%-lik güzəşt imkanı qazanacaqlar.
Ən vacibi isə şirkət rəsmi servis mərkəzlərində tətbiq olunan növbəli xidmət mexanizmini də bu kampaniya müddətində xanımların şərəfinə pozmağı planlaşdırır və müraciət edən bütün xanımlar xidmətlərdən növbəsiz şəkildə yararlana biləcəklər.
Hyundai avtomobil sahibi olan xanımlara özəl olan bu təkliflər ilə bərabər həmçinin onlara hədiyyələr, çiçəklər və bir sonrakı servis ziyarətləri üçün 10%-lik endirim kuponu da təqdim olunması şirkət tərəfindən planlaşdırılır.
Bütün bu rəngarəng təklif, endirim və güzəştləri planlayan şirkət bununla bir daha xanımlara verdiyi yüksək dəyər və hörməti tək sözdə deyil, əməldə də reallaşdırmağı hədəfləməklə ümumilikdə “Auto Azərbaycan” şirkəti və “Hyundai Azərbaycan” olaraq bütün xanımları “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə təbrik edir və onlara “Yaxşı ki, Varsınız” mesajını çatdırmaq istəyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
18 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
-
- 21 d. əvvəl
- 26 d. əvvəl
- 31 d. əvvəl
- 39 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
2 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Çinin ixracı yavaşlayıb
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib





.jpg)








.jpg)







