ABŞ Qətərin LNG "taxtına" namizəddir
TAM TƏMİRLİ 1 OTAQLI MƏNZİL AYLIQ 377 MANATA!
ABŞ, 2024-ci ilə qədər planlaşdırılan və inşaat halında olan layihələrilə mayeləşdirilmiş qazda (LNG) 300 milyon tonluq ixrac gücünə çataraq, sektorun lideri Qətəri “taxtdan” saalacağı gözlənilir.
"Marja"nın Beynəlxalq Qaz İttifaqı və Beynəlxalq LNG İdxalçıları İttifaqı göstəricilərindən topladığı məlumata görə, Qətər keçən il təxminən 77 milyon ton LNG ixracı həyata keçirərək qlobal bazarda birinci olub.
Asiya regionuna edilən satışlar Qətərin ümumi LNG ixracatının 60%-indən çoxunu təşkil edir, Qətərin ən çox LNG ixrac etdiyi ölkələr Yaponiya, Cənubi Koreya, Hindistan, Birləşmiş Krallıq və Çindir.
Qətər, Yaponiyaya illik 14,5, Cənubi Koreyaya 12,3, Hindistana 8,8, Birləşmiş Krallığa 9,3 və Çinə təxminən 5 milyon ton LNG ixrac edir.
ABŞ ƏN GÜCLÜ NAMİZƏDDİR
Yaxın gələcəkdə Qətərin “taxtı” üçün ən güclü namizəd olaraq görünən ABŞ-ın isə illik LNG ixracı 330 min ton səviyyəsindədir və ixracın hamısı Tayvan ilə Yaponiyaya həyata keçirilir. ABŞ bir qismi 2018-də, bir qismi də 2024-də tamamlanacaq investisiyalarla Asiyada orta perspektivdə daha fəal rol almağı hədəfləyir.
ABŞ, LNG ixracı üçün hazırda aktiv bir terminala malikdir. Ölkədə hazırda inşaedilən terminal sayı 6 əddir və 30 ədəd də tikilməsi planlaşdırılan LNG terminalı layihəsi mövcuddur.
ABŞ-ın tiklən 6 layihəsinin ümumi gücü 57,55 milyon ton olaraq hesablanır.
Həmin tikintilər və planlaşdırılan 30 terminal aktiv hala gələndə, ABŞ-ın ümumi LNG ixrac həcminin 300 milyon tonu keçəcəyi proqnozlaşdırılır.
Latın Amerikası ilə yanaşı, xüsusilə Çin bazarını hədəf seçən ABŞ-ın, planlaşdırılan və inşaat halında olan layihələrinin dünya LNG lideri Qətəri “taxtıdan” salacağı gözlənilir.
Hazırda dünyada ən çox LNG satışı ilə məşğul olan ikinci ölkə olan Avstraliyanın isə 4 terminalı mövcuddur. Cəmi 32,8 milyon ton LNG ixrac gücünə malik ölkənin tikintisi davam edən 5, planlaşdırılan 8 terminal layihəsi var. Yatırılan investisiyaların ümumi gücü 63,8 milyon ton olacaq və mövcud güclə birləşərək, Avstraliya orta müddətdə Qətəri də keçəcəkdir.
RUSİYA DA LNG-YƏ YÖNƏLİR
Dünyada qazın lideri olan və kəmərlərlə ən çox satışı olan Rusiya da enerji bazarlarındakı hakim trendə uyğunlaşıb LNG-yə yönəlməyə çalışır.
Rusiyanın fəal LNG terminalı Saxalin II-nin mövcud tutumu 9,6 milyon ton səviyyəsindədir. Bu terminal vasitəsilə ən çox satışı Yaponiyaya edən Rusiyanın inşa halında bir terminalı var və 3 terminalı da tikməyi planlaşdırır.
Çin tərəfindən də dəstəklənən Yamal LNG terminalının inşası davam edərkən, digər 3 layihənin Yamalın gücü ilə birləşməsilə orta perspektivdə Rusiyanın ümumi gücü 46,5 milyon tona çatacaq.
İRAN İSTƏKLİDİR, ANCAQ YENİDƏN HƏDƏFDƏDİR
Beynəlxalq sanksiyalar səbəbindən daha əvvəl planlaşdırdığı LNG terminal layihələrini həyata keçirə bilməyən İran da LNG bazarında söz sahibi olmaq istəyir.
Mövcud vəziyyətdə fəal bir terminalı olmayan İranın daha əvvəl planlaşdırdığı ümumilikdə 4 layihəsi var. Bunlardan Iran LNG Terminalının tikintisinə başlanmış, ancaq sanksiyalar səbəbilə inşaat yarıda qalmışdı.
İranın neft naziri Bijan Namdar Zangeneh, aprel ayının sonunda Fransanın Total şirkətini LNG investisiyaları üçün ölkəsinə dəvət etmişdi.
Qətər də bu prosesdə ayaqda qalmaq üçün İran ilə qaz sahəsində əməkdaşlıq imkanlarını axtarır, ancaq ABŞ-ın İranı yenidən hədəfə almasının, bu əməkdaşlıq axtarışının qarşısında ciddi maneə yaradacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 gün sonra
-
-
14 saat əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
- 15 saat əvvəl
-
15 saat əvvəl
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
-
16 saat əvvəl
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
- 16 saat əvvəl
-
17 saat əvvəl
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
-
17 saat əvvəl
Tramp: İranın nüvə silahına sahib olmasına icazə verilə bilməz
-
17 saat əvvəl
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
-
17 saat əvvəl
Azər Türk Bank təqaüdçülərə 9,9%-dən başlayan istehlak kreditləri təklif edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
HONOR 600 Seriyasının Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
İllik 15% gəlir təklif edən istiqrazlara 53 investor 53 sifariş təqdim edib, 100% yerləşdirilib
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Prezident İlham Əliyev Qazaxıstanda səfərdədir






.jpg)















.jpg)

