“EY İlin İş Adamı” müsabiqəsinin qalibi elan edilib
Bu ilki müsabiqənin qalibi isə “Sosial təsir” nominasiyasına layiq görülən "ZIRA Natural & Gourmet" brendinin təsisçisi Afət Əhmədova olub. O, Azərbaycanı “Dünya üzrə İlin İş Adamı” müsabiqəsinin beynəlxalq mərhələsində təmsil edərək dünyanın ən yenilikçi və mötəbər iş adamları ilə mübarizə aparacaq."EY Azərbaycan" şirkəti “EY İlin İş Adamı” mükafatının qalibini elan edib.
Şirkətin yaydığı məlumatda bildirilir ki, bu mötəbər müsabiqə Azərbaycanın iş adamları arasında artıq üçüncü ildir ki, keçirilir. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə keçirilən müsabiqəyə ABB sponsor dəstəyi göstərmişdir. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və EKVITA konsaltinq şirkəti müsabiqənin tərəfdaşları sırasındadır.
Müsabiqənin qalibi biznes icmasının, beynəlxalq maliyyə qurumlarının nümayəndələri və tanınmış şirkət rəhbərlərindən ibarət müstəqil münsiflər heyəti tərəfindən 9 güclü namizəd arasından seçilib.
Qalibin adı 10 mart tarixində EY və onun tərəfdaşları tərəfindən biznes dairələrin liderlərinin də iştirak etdiyi təntənəli mükafatlandırma mərasimində açıqlanıb.
“EY Azərbaycan” şirkətinin ölkə üzrə idarəedici partnyoru İlqar Vəliyev deyib: “Son iki il Azərbaycanda və dünyanın digər ölkələrində fəaliyyət göstərən sahibkarlar üçün olduqca çətin olub. EY-ın ölkəmizdə təşkil etdiyi bu müsabiqənin məqsədi mövcud maneələri aşaraq yaşanan çətinliklərə baxmayaraq yollarına davam etməyə qərar vermiş layiqli şəxsiyyətləri qiymətləndirməkdir. İnanıram ki, bu əzm və dayanıqlıq nümayiş etdirən insanlar bazarda yaşanan tənəzzülün öhdəsindən uğurla gələrək digərlərini ruhlandırmağa və bizneslərini inkişaf etdirməyə davam edəcəklər.”
“EY şirkəti, yaşadıqları və fəaliyyət göstərdikləri icmalar üçün dəyər yaradan, olduqca maraqlı uğur hekayəsi olan “EY İlin İş Adamı 2022” müsabiqəsinin iştirakçılarını mükafatlandırmaqdan qürur duyur” – deyə o, əlavə edib.
İştirakçıların müraciətlərini hərtərəfli dəyərləndirdikdən sonra münsiflər fərqli nominasiyalar üzrə qalibləri seçiblər. Beləliklə, “İnnovasiyalar” nominasiyasında ATL Tech şirkətinin təsisçisi Rəşad Mirzəyev, “Sosial təsir” nominasiyasında ZIRA Natural & Gourmet brendinin sahibi Afət Əhmədova, “Ən yaxşı müştəri həlli” nominasiyasında isə YIĞIM Ödəniş Sisteminin təsisçisi və direktoru Vüqar Cəfərov təltif olundular.
Bu ilki müsabiqənin qalibi isə “Sosial təsir” nominasiyasına layiq görülən "ZIRA Natural & Gourmet" brendinin təsisçisi Afət Əhmədova olub. O, Azərbaycanı “Dünya üzrə İlin İş Adamı” müsabiqəsinin beynəlxalq mərhələsində təmsil edərək dünyanın ən yenilikçi və mötəbər iş adamları ilə mübarizə aparacaq. Qalibin adı açıqlandıqdan sonra Afət Əhmədova fikirləri ilə bölüşüb: “Səylərimin münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilməsi məni olduqca qürurlandırır. Gördüyüm işlər inanclarımı və fəlsəfəmi əks etdirir və bunların dəyərləndirilməyinə çox şadam”.
“Kiçik və orta biznesin dəstəklənməsi Azərbaycanın iqtisadi inkişafı baxımından əsas prioritetlərdən biridir və bu hədəfə çatmaq üçün bir sıra mühüm addımlar atılıb. Tərəfdaşlığımızla ardıcıl olaraq 3-cü dəfə keçirilən “EY İlin İş Adamı” müsabiqəsinin kiçik və orta sahibkarlığı diqqət mərkəzində saxlamasından olduqca məmnunuq. Sahibkarların fəallığı və bu müsabiqədə iştiraka maraq göstərmələri də bizi sevindirir. Müsabiqəni dəstəklədiyi və həyata keçirdiyi üçün EY Azərbaycan şirkətinə və bütün tərəfdaşlara təşəkkür edirəm” – deyə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov müsabiqə barəsində fikirlərini bölüşüb.
Mükafatlandırma mərasimində iştirak edən ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bunları bildirib: “EY İlin İş Adamı” müsabiqəsinə üçüncü ildir ki, maliyyə tərəfdaşı dəstəyimizdən məmnunuq. Ölkəmizin aparıcı bankı kimi hər zaman iş adamlarının yanındayıq. Sərfəli məhsul və xidmətlərimizlə biznesin maliyyə ehtiyaclarını təmin edirik. Eyni zamanda, maraqlı layihələrimizlə də sahibkarların biznesinə dəyər qatmağa çalışırıq. “EY İlin İş Adamı” müsabiqəsi də belə layihələrdəndir. Bu müsabiqə Azərbaycanda xoş bir ənənəyə çevrilir və ölkəmizdə biznes mədəniyyətinin inkişafına fayda verir”.
Qeyd edək ki, EY şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamı” müsabiqəsi 1986-cı ildən etibarən keçirilir. Dünyanın ən nüfuzlu işgüzar mükafatlarından biri olan "EY İlin İş Adamı" proqramının məqsədi yüksək potensiala malik iş adamlarının sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurlarını nümayiş etdirməklə başqalarını da ilhamlandırmaqdır. Öz sahəsində ilk qlobal mükafat proqramı olaraq, "EY İlin İş Adamı" 60-dan çox ölkənin 145-dən artıq şəhərini əhatə edən regional, milli və qlobal proqram çərçivəsində uğurlu, inkişaf edən və dinamik biznes quran sahibkarları üzə çıxarır.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
12 d. əvvəl
“Qiymətləndiricinin vəzifəsi tərəfləri deyil, bazarı təmsil etməkdir”
-
- 27 d. əvvəl
-
35 d. əvvəl
Dünya üzrə bitki yağı qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
-
50 d. əvvəl
"ABB Invest"dən bir ilk: Yeni "InvestTube" investisiya maarifləndirmə platforması təqdim olundu!
-
1 saat əvvəl
Vergi borclarının endirimlə ödənilməsi imkanını təklif edən internet resursu barədə xəbərdarlıq
-
1 saat əvvəl
Prezident Bakıda 35 mərtəbəli binanın açılışında iştirak edib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Future Lab və Bir ekosistemində yeni rəhbər təyinatları həyata keçirilib
-
2 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətindən şəhid və qazi övladları üçün bayram tədbiri
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
İyunun 4-də gözlənilən hava proqnozu açıqlanıb
"ABB Invest"dən bir ilk: Yeni "InvestTube" investisiya maarifləndirmə platforması təqdim olundu!
Prezident Bakıda 35 mərtəbəli binanın açılışında iştirak edib
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Ən çox oxunanlar
Tibb İşçiləri üçün 3%-dək endirimlə kredit - Expressbank
“Naxçıvan Enerji” 303 min dollarlıq ixrac həyata keçirib
“SOCAR CAPE” 430 min dollarlıq ixracla reytinqə daxil olub
“AZƏRENERJİ”nin ixracı 72%-dən çox artıb




















.jpg)




