1 hektardan 1500 kiloqramdan çox məhsul götürəcəklər
Günəbaxan çox qiymətli bitkidir. Birillik ot bitkisinin əsl vətəni Amerikadır. Yeyinti sənayesində, eləcə də təbabətdə günəbaxanın toxumlarından geniş istifadə olunur.
Artıq Ağstafa rayonunda neçə illərdir bu bitkinin kütləvi becərilməsi aparılır və yaxşı məhsul əldə edilir. Günəbaxan əsasən, rayonun Aşağı Göycəli və Qırılı kəndlərində becərilir. Bu il suvarma suyunun bol olması və vaxtında aparılan aqrotexniki qulluq bitkinin inkişafına da müsbət təsir edib. Hazırda sahələrdə günəbaxanın suvarılması prosesi gedir. Paralel olaraq zərərvericilərə qarşı mübarizə və bitkinin yararsız budaqlarının budanması və təmizlənməsi işi də həyata keçirilir. Fermerlər bu il 1 hektardan 1500 kiloqramdan çox məhsul götürəcəklərini deyirlər.
Fermer Nəriman Musayev bildirib: “Günəbaxan sahəsində bütün aqrotexniki qaydalara vaxtında əməl etmişik. Alaq otlarını təmizləmişik. Hazırda suvarma işləri gedir. Suvarmanı da vaxtında apara bilsək yüksək səviyyədə məhsuldarlıq gözlənilir.”
Aqronom Rasim Kərimov isə deyib: “Hazırda artıq budaqların budanması ilə məşğuluq. Zərərvericilərə qarşı tədbirlərimizi görmüşük. Sahələrdə dərmanlama işləri aparılıb. Bol məhsuldarlıq gözləyirik”.
Günəbaxan kimi keyfiyyətli yağa malik bitki çox azdır. Buna görə də o, dünyada kənd təsərrüfatı məhsulları arasında xüsusi yer tutur. Yığılan məhsul sonda günəbaxan istehsalı ilə məşğul olan emal müəssisələrinə təhvil verilir. Rayonun Qırılı kəndində fermer təsərrüfatının sahibi, ixtisası aqronom olan Nəriman Musayev neçə illərdir bu sahədə çalışdığını deyir. O, elə indiki mərhələdə günəbaxan tumlarının sayından onun məhsuldarlığının necə olacağını müəyyən edə bilir.
“Mən hər hektardan ton yarımdan artıq məhsul gözləyirəm. Bir günəbaxanın 100-120 toxumu var. Bu da təxmini hesablamalara görə, 1 hektar sahədən ton yarımdan artıq məhsul deməkdir”, - deyə N.Musayev qeyd edib.
BU BANK PUL KÖÇÜRƏNLƏRƏ DANIŞIQ DƏQİQƏLƏRİ HƏDİYYƏ EDİR
Mürəkkəbçiçəklilər fəsiləsindən olan günəbaxan bitkisinin yağından əsasən yeyinti sənayesində istifadə edilir. Bundan başqa, o təbabətdə bir çox məlhəmlərin tərkibinə qatılır. Günəbaxandan xüsusilə revmatizm əleyhinə məlhəmlərin hazırlanmasında istifadə olunur.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
1 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur




















