“Azərbaycan Dəmir Yolları” “Masdar” şirkətilə anlaşdı
Martın 15-də Gülüstan sarayında keçirilən 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında “Bərpa olunan enerji və enerji səmərələliyi sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu imzalanıb.
Memorandumun əsas məqsədi tərəflərin dəmir yolu sektorunda bərpaolunan enerji mənbələrindən istifadə imkanlarının araşdırılması niyyətini rəsmiləşdirmək və inteqrasiya edilmiş enerji səmərəliliyi proqramını həyata keçirməkdir.
Əməkdaşlığın əsasını “Masdar” şirkəti tərəfindən “Azərbaycan Dəmir Yolları” QSC ilə koordinasiya və tərəfdaşlıq əsasında Azərbaycan dəmir yolları sektorunda bərpa olunan və təmiz enerji layihələrinin (günəş və külək enerjisi) potensial inkişafının araşdırılması, texniki və kommersiya cəhətdən mümkün olan bərpaolunan enerji layihələrinin müəyyən edilməsi təşkil edəcək.
Xatırladaq ki, bunadək yaşıl enerjinin ümumi enerji istehlakında payının artırılması və enerji sərfiyyatının səmərəlilik hesabına azaldılması istiqamətində “Azərbaycan Dəmir Yolları” QSC-də bir sıra tədbirlər həyata keçirilib. Belə ki, ölkənin sosial-iqtisadi inkişafına dair 5 Milli Prioritetindən biri olan “Təmiz Ətraf Mühit və Yaşıl Artım” ölkəsinin qurulması prioritetinə uyğun olaraq “Azərbaycan Dəmir Yolları” QSC-nin layihələndirilmiş 10 illik Korporativ strategiyası çərçivəsində yaşıl enerjinin ümumi enerji istehlakında payının artırılması, enerji və yanacaq sərfinin azaldılması və “Yaşıl maliyyələşmə” ilə bağlı təşəbbüslər strateji prioritetlər olaraq müəyyən edilib. “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin ölkə ərazisindən keçən hissələrində dəyişən cərəyana keçidlə bağlı tikilən dartı yarımstansiyalarının istismarı mövcud sistemə nəzərən 30%-dək daha az enerji sərfiyyatına imkan verəcək.
Bərpaolunan enerjinin istehsalı üçün dəyişən cərəyanla işləyən lokomotivlərin texniki baxış və təmirinin həyata keçirilməsi məqsədi ilə yeni inşa edilmiş Biləcəri lokomotiv deposunda gücü 66 Kvt olan 147 ədəd günəş paneli və isitmə məqsədi ilə 160 ədəd günəş paneli, yeni inşa edilmiş Gəncə lokomotiv deposunda isə gücü 66 Kvt olan 210 ədəd günəş paneli və isitmə məqsədilə 140 ədəd günəş paneli quraşdırılıb.
Bundan başqa, Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə həyata keçirilmiş texniki yardım layihəsi çərçivəsində 2019-cu ildə beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanmış “ADY-də elektrik enerjisinin satışı, yenilənmə və enerji səmərəliliyi üzrə ilkin texniki-iqtisadi əsaslandırma” hesabatında elektrik enerjisinin idarə edilməsi və kommersiyalaşdırılması, enerji səmərəliliyi və bərpa olunan enerji istehsalı, eləcə də əsas əməliyyat istiqamətləri üzrə prioritet investisiya planlarına dair təhlillər edilib.
Eləcə də Asiya İnkişaf Bankı ilə birgə həyata keçirilən “Dəmir Yolu Sektorunun İnkişafı Proqramı” çərçivəsində elektrik, yanacaq və digər enerji resursları sərfinin azaldılması məqsədilə bir sıra islahatlar aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
17 saat sonra
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
-
2 gün əvvəl
AYNA taksilərlə bağlı qaydaların dəyişdiyinə dair yayılan xəbərlərə aydınlıq gətirib
-
-
2 gün əvvəl
Daha bir neçə avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
-
2 gün əvvəl
"Bank of Baku" “Top 100” vergi ödəyicisi siyahısında - BANK ÖTƏN İL 15 MİLYON MANAT VERGİ ÖDƏYİB
-
2 gün əvvəl
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
-
2 gün əvvəl
Macarıstanda Peter Magyarın qələbə qazanacağı proqnozlaşdırılır - Forint bahalaşır
-
2 gün əvvəl
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb
İnvestisiya Şirkətinin Müşahidə Şurasının sədri dəyişib
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ʺBank Melli İranʺ Bakı filialının xalis mənfəəti azalıb
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
Britaniyanın Baş naziri və Tramp Hörmüz boğazı üçün hərbi variantları müzakirə edib
“Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır - MÜSAHİBƏ
Aprelin 11-də gözlənilən hava şəraiti
Lufthansa-da tətil 500-dən çox uçuşun ləğvinə səbəb olacaq























