Sahil Babayev iclas keçirib
2022-ci ilin yanvar-fevral aylarında Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumları üzrə 307544 vətəndaş qəbul edilib. Onlardan 9200-nün nazirliyin və qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən qəbulu həyata keçirilib.
Bu barədəƏmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.
Kollegiyanın sədri, əmək vəəhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən aparılan sosial islahatların əsas məqsədi vətəndaş rifahının və məmnunluğunun təminatıdır. Bu məqsədlə geniş miqyasda tədbirlər həyata keçirilir.
Sosial islahatlar ardıcıl xarakter almaqla, sosial ödənişlərrin mütəmadi artırılması təmin edilir. 2022-ci ilin əvvəlindən də ölkəmizdə yeni sosial islahata paketi kimi, əmək haqqı, pensiya və s. sosial ödənişlər növbəti dəfə artırılıb. 3,4 milyon şəxsi əhatə edən bu artımlar üçün illik əlavə olaraq 2,1 mlrd. manat ayrılıb.
S.Babayev vurğulayıb ki, vətəndaşlara xidmətlərin keyffiyyətinin artırılması üçün mühüm islahatlar reallaşdırılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası dövlət sosial xidmətlərinin "bir pəncərə"dən, operativ, tam şəffaf və müasir, vətəndaş məmnunluğuna uyğun qurulmasına imkan verib. 2019-cu ilin may ayından bəri DOST Agentliyi və bundan sonra 5 DOST mərkəzi açılıb, paytaxtın bütün rayonları və Abşeron rayonu DOST xidmətləri iləəhatə olunub. Ötən il DOST mərkəzlərində 410 min vətəndaşa xidmət göstərilib.
Qeyd olunub ki, Azərbaycanın DOST təcrübəsindən faydalanmaq istəyən ölkələrin də sayı artmaqda davam edir. Bu gün bir sıra ölkələrlə həm DOST konsepsiyası, həm də nazirliyin fəaaliyyətt sahələrində geniş şəkildə tətbiq olunan innovativ yenliklərlə bağlı fəal təcrübə mübadilələri aparılır.
Ümumilikdə, beynəlxalq əməkdaşlıq müstəvisində icra olunan layihələrin vəəməkdaşlıq istiqamətlərinin sayı da 2018-ci ilə nisbətən iki dəfəyə qədər artaraq 2021-ci ildə 38-ə çatıb.
Bu gün nazirlik 30-a yaxın beynəlxalq təşkilatla, 30-dan çox ölkə ilə fəal əməkdaşlıq həyata keçirir. Ötən il bir sıra ölkələrlə (Serbiya, SƏK və s.) müvafiq fəaliyyət sahələrindəəməkdaşlığa dair sənədlər imzalanıb. Cari ildə də müxtəlif ölkələrin müvafiq qurumları ilə yeni əməkdaşlıq sənədlərinin imzalanması nəzərdə tutulur.
İclasda vətəndaşların qəbulu və müraciətlərinə baxılması, beynəlxalq əlaqələr, daxili nəzarət və audit, kadr məsələləri, sənədlərlə və vətəndaşların müraciətləri ilə iş, ictimaiyyətləəlaqələr və s. sahələrdə görülmüş işlər və qarşıda duran hədəflər, doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması istiqamətində təşviqata dair təkliflər müzakirə olunub. Həmçinin 2021-ci ildə təsdiq edilmiş aktual peşə və ixtisasların siyahısına yenidən baxılaraq, onlara əlavə və dəyişikliklərin edilməsi qərara alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 26 d. əvvəl
-
-
1 saat əvvəl
ABB-nin dəstəyi ilə süni intellekt mövzusunda elmi konfrans keçirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Kreml yanacaq idxal edəcəyi ölkələrin adını gizli saxlayacaq
-
2 saat əvvəl
Alüminiumun qiymətində 2008-ci ildən bəri ən kəskin aylıq ucuzlaşma
-
2 saat əvvəl
"Avtoicbari sığortası üzrə hər il 100-120 milyon manat təzminat ödənilir"
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Rusiya yanacaq idxalına başlaya bilər
Kreml yanacaq idxal edəcəyi ölkələrin adını gizli saxlayacaq
Alüminiumun qiymətində 2008-ci ildən bəri ən kəskin aylıq ucuzlaşma
Ən çox oxunanlar
100 manatlıq 1 istiqraz üzrə investor illik 16 manat faiz gəliri əldə edəcək - 2 milyon manatlıq yeni istiqraz
İyulun 1-də gözlənilən hava şəraiti
"Azərbaycan Dəmir Yolları" 2 şirkətini birləşdirir
Mənfəət artıb, balansı kiçilib: Şirkətin 2025 hesabatı
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb






















