"Putinin qərarı Qərbdə çaşqınlıq yaradıb, Avropa öz sanksiyalarını pozmağa məcbur ola bilər"
Rusiya prezidenti Vladimir Putinin dost olmayan ölkələr üçün təbii qaz ödənişlərini rubla çevirmək qərarı Qərbi təəccübləndirib. Bu barədə Almaniyanın “Spiegel” qəzeti məlumat yayıb.Putinin satılan qazın ödənişlərini rubl ilə qəbul etmək qərarı Qərbi təəccübləndirib, əslində Avropanı öz sanksiyalarını pozmağa məcbur edir.
Marja xəbər verir ki, bu fikri Düsseldorfdan olan alman iqtisadçısı Yens Zudekum “Der Spiegel”ə istinadən bildirir.
Zudekum əlavə edib ki, bu qərarı həyata keçirmək üçün avropalı tərəfdaşlar Avropa İttifaqının sanksiyaları altında olan Rusiya Federasiyası Mərkəzi Bankından rubl almalı olacaqlar.
Rusiya prezidenti Vladimir Putinin Rusiya qazının tədarükünə görə ödənişlərin avro və dollar ilə qəbul edilməyəcəyi barədə bəyanatı Avropada çaşqınlıq yaradıb. Belə ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Avropa İttifaqının şirkətlərə Rusiya qazının pulunu rublla ödəməyə icazə verməyəcəyini bildirib. O, rubl ilə hesablaşmaların Rusiyaya qarşı tətbiq edilən sanksiyaların pozulması cəhdi olacağını vurğulayıb.
Fransa prezidenti Emmanuel Makron Rusiya qazının rublla ödənilməsi tələbinin müqavilələrin şərtlərinə cavab vermədiyini bildirib.
Valyuta eksperti Piter Bofinqer Rusiya prezidentinin bu addımının ilk növbədə rublun möhkəmlənməsinə yönəldiyi qənaətindədir.
“Əgər Qərbin qaz istehlakçıları rublu dollar və ya avro ödəyib almağa məcbur olsalar, Rusiya valyutasına tələbat artacaq və deməli onun məzənnəsi yüksələcəkdir”, - Bofinqer bildirib.
Kieldəki (Almaniyanın şimalı) Dünya İqtisadiyyatı İnstitutunun əməkdaşı Klaus-Yürgen Gernin fikrincə, Rusiya Federasiyasının Mərkəzi Bankı Rusiya bankları vasitəsilə qaz istehlakçılarına rubl sata, beləliklə, rublun məzənnəsini sabitləşdirə bilər. “Eyni zamanda, Putin Qərb dünyasına genişmiqyaslı təzyiq göstərəcək, çünki bu, onun öz sanksiyalarını absurd edəcək”, - Gern bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 20 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 3 saat əvvəl
-
16 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
19 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























