“PAŞA Sığorta” xalis mənfəətini açıqladı - 19 FAİZ ARTIB
“PAŞA Sığorta” ASC 2021-ci ili 24 milyon 634 min manat xalis mənfəət ilə başa vurub.
Xatırladaq ki, “PAŞA Sığorta” Şirkəti 2020-ci ili 20 milyon 690 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə “PAŞA Sığorta”nın xalis mənfəəti 19% artıb.
GƏLİRLƏRİ ARTIB
Marja.az şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “PAŞA Sığorta”nın cəmi əməliyyat gəlirləri 190 milyon 448 min manat, cəmi əməliyyat xərcləri 160 milyon 247 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə Şirkətin cəmi əməliyyat gəlirləri 177 milyon 323 min manat, cəmi əməliyyat xərcləri 148 milyon 55 min manat təşkil etmişdi.
Həmçinin oxu
“PAŞA Həyat Sığorta” xalis mənfəətini açıqladıYIĞIMLARI ARTIB
2020-ci ildə "PAŞA Sığorta"nın hesabladığı sığorta haqları 154 milyon 654 min min manat ikən, 2021-ci ildə 166 milyon 866 min manata yüksəlib.
"PAŞA Sığorta"nın sığorta ödənişləri isə 2020-ci ildə 71 miylon 452 min manat ikən, 2021-ci ildə 75 milyon 26 min manat təşkil edib.
“PASHA Holding” şirkətlər qrupuna daxil olan “PAŞA Sığorta” ASC Azərbaycanın sığorta xidmətləri bazarında tanınmış liderlərdən biridir. Hal-hazırda şirkətin nizamnamə kapitalının həcmi 50 milyon manatdır və 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
7 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
7 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
8 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
8 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb










.jpg)











