3 iş adamı 165 milyon dollara kosmosa səfərə getdilər
ABŞ-ın kosmik gəmi və raket istehsalçısı SpaceX şirkəti hər birinin 55 milyon dollar ödəməsi qarşılığında 3 nəfəri Beynəlxalq Kosmik Stansiyayasına göndərib.SpaceX şirkəti amerikalı, kanadalı və israilli olan 3 iş adamını və onları müşayiət edən ABŞ Aerokosmik Agentliyindən (NASA) keçmiş astronavt Maykl Lopez-Aleqrianı bir həftədən çox müddətə kosmos səyahəti üçün Yerin orbitinə çıxarıb.
Marja xəbər verir ki, Floridadakı "Cape Canaveral" Kosmik Bazasından Beynəlxalq Kosmik Stansiyayasına səyahətə gedən iş adamları (Larry Connor, Mark Pathy və Eytan Stibbe), SpaceX-in iki il NASA astronavtlarını daşıdıqdan sonra kosmos stansiyasına apardığı ilk şəxsi sərnişinlər olub.
Bildirilib ki, Beynəlxalq Kosmik Stansiyayasına getmək istəyən turistlər raketdə gəzinti, yaşayış və bütün yeməklər üçün adambaşına 55 milyon dollar ödəməlidirlər. Onlar kosmik stansiyanın Rusiya hissəsindən başqa bütün əraziləri ziyarət edə bilərlər.
Ötən il milyarder və qonaqlarını 3 günlük orbital səyahətə çıxaran SpaceX, avtomatik kapsulu ilə aprelin 19-da ikinci şəxsi kosmosa uçuşunda 4 sərnişini geri qaytarmağı planlaşdırır.
NASA-nın illərdir kosmik stansiyanın ziyarətçilərin üzünə açılması ideyasına qarşı çıxmasına baxmayaraq, məlumdur ki, Rusiya uzun illərdir Beynəlxalq Kosmik Stansiyayasına ondan əvvəl isə Mir Kosmik Stansiyasına ziyarətçi aparır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 22 d. əvvəl
- 33 d. əvvəl
-
- 36 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
14 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb


























