Rusiyaya pul köçürmə imkanı
Bir müddət əvvəl ödəniş sistemləri ilə bağlı yazdığım məqalə Rusiyaya səfər edən vətəndaşlarımıza kömək etdi. Lakin dostlardan gələn zənglərin və sorğuların nəticəsində aydın oldu ki, məsələ hələ də aktualdır və yerli televiziya kanallarından birinə verdiyim açıqlama bəzi suallara cavab versə də təəssüf ki, bütün ölkəni əhatə edə bilmədi.
Hər zaman olduğu kimi bəzi banklar müştərilərin suallarına cavab verə bilmədiyi üçün bu suallara biz cavab verəcəyik.
Rusiyanın plastik kartına pul köçürmək mümkündür?
Baxmayaraq ki, VISA, Mastercard və American Express ödəniş sistemləri Rusiyadakı fəaliyyətlərini dayandırdıqlarını bəyan ediblər, amma həmin kartların Rusiya ərazisində müddəti bitənə qədər işləyəcək. Bu zaman sual yaranır, bəs bu kartlara Azərbaycandan pul göndərmək olur?
Bəli, olur. Rusiyanın istənilən VISA, MasterCard və digər 16 rəqəmli plastik kartına dәrhal pul vәsaiti göndərmək istəyirsinizsə, “Contact” sürətli pul köçürmə vasitəsi ilə bunu edə bilərsiniz. Köçürməni həyata keçirmək üçün sizə sadəcə pul göndərilən kartın nömrəsini bilmək kifayətdir. Pulun göndərilməsi və qəbulu proseduru son dərəcə rahat, həmçinin sadədir. Bunun üçün sadəcə “Contact” sürətli pul köçürməsi olan bankların müştəri xidmətinə yaxınlaşıb, bu xidmətdən yararlanmaq istədiyinizi bildirin. Komissiya 1% təşkil edəcək. Xüsusi olaraq qeyd edək ki, göndərilən vəsait rubl ilə olmalıdır.

Təəssüflər olsun ki, bir çox banklar bu kimi məlumatları bilmir. Buna görə də müştəriyə “olmur” və ya “sistem işləmir” kimi cavabı verilir. Bu cavabı eşitdiyiniz halda başqa banka üz tutun, həmin bank artıq müştərini itirmiş olacaq. Qeyd etdiyim prosesi həyata keçirən və daxili kommunikasiyasını düzgün quran bank bu zaman yeni müştəri qazanmış olacaq. Onu da bildirim ki, hazırda Azərbaycanda fəaliyyət göstərən bankların 18-də sürətli pul köçürmə var və birbaşa karta pul göndərmə xidməti artıq 7 ildir ki, aktivdir. Şəxsi təcrübəmdən deyə bilərəm ki, düzgün kommunikasiyanın qurulması müştəri məmnuniyyətini təmin edir.
Əlavə yaranan sual: Bu sistem vasitəsi ilə Rusiyaya və ya Rusiyadan Azərbaycana pul göndərmək imkan varmı?
Bəli, eyni qaydada Rusiyanın istənilən şəhərinə siz həmin sürətli pul köçürmə vasitəsi ilə ölkəmizdən pul göndərə bilərsiniz. Komissiya 0.8% təşkil edəcək. Eyni prinsiplə Azərbaycana pul göndərmək olar. Rubl göndərilərsə, komissiya 1% təşkil edəcək, digər valyutalarda olarsa, komissiya 0% təşkil edəcək, sadəcə məzənnə fərqi ödənilir. Mövcud vəziyyətdə Rusiyada ayrı-ayrı banklar fərqli məzənnə təklif edir. Əldə etdiyim məlumata görə, “Contact” sürətli pul köçürmə komandası Rusiyanın Mərkəzi Bankının məzənnəsinə ən yaxın kurs təklif etmək üçün sistem üzərində işləyir. Təklif bu həftədən qüvvəyə minir. Nəticə etibari ilə “Contact” sürətli pul köçürməsi vətəndaşlar üçün daha sərfəli olacaq.

Vacib olan bir digər məlumat odur ki, xüsusi iki bank var ki, mobil əlavələri vasitəsi ilə siz vəsaiti evdən çıxmadan göndərə bilərsiniz, həm də komissiya 0.5% təşkil edir. Bunun üçün sadəcə mobil əlavəyə daxil olub sürətli pul köçürmə bölməsində “Contact” işarəsini axtarırsınız, varsa deməli, siz həmin banklardan birinin müştərisisiniz və rahatlıqla xidmətdən yararlana bilərsiniz. Mobil tətbiqlər vasitəsilə aşağı tariflər ölkədə rəqəmsal bankçılıq xidmətlərinin inkişafına təkan kimi təqdim olunur. Aksiyanın müddəti: 1 aprel - 30 iyun 2022-ci il.
Rusiyada olan tələbələr, qohumlar və dostlarımız maddi çətinliklərlə üzləşirlər. Banklar isə mövcud vəziyyətdə əməliyyat gəlirləri sahəsində bazar payını və əlavə gəlir imkanlarını itirirlər. Ona görə tövsiyə olunur ki, bank rəhbərləri Marketinqi təyinatı üzrə işlətsinlər və ya işləmək imkanı yaratsınlar. Eyni zamanda bankın xidmətləri haqqında kütləvi informasiya vasitələrində məlumatların yayımlanmasında maraqlı olsunlar.
Görünən odur ki, bir zamanlar bazar payı az olan sürətli pul köçürmə prosesi bu gün bazarın ən böyük oyunçusuna çevrilə bilər.
Müəllif: Biznes konsultant Oruc İbrahimov,
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
7 saat əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
1 gün əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO






















