“Təhlükəsizlik qaydalarını pozanlar ciddi şəkildə cəzalandırılacaq” - NAZİR MÜAVİNİ
”Ötən il 15060 yanğın hadisəsi baş verib. Onlardan 77-si qaz sızması, qaz balonlarının partlaması, hamamlarda və məişətdə quraşdırılan qaz avadanlıqlarında baş verən qəzalar zamanı qeydə alınıb”.
Bunu Xaçmazda təbiət ərazilərində yanğın təhlükəsizliyi mövzusunda sahibkar və fermerlərlə keçirilən görüşdə Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.
Onun sözlərinə görə, ümumilikdə 2021-ci ildə yanğın hadisələri zamanı 38 nəfər həlak olub. Onlardan 12-si qaz sızması və partlayışlar nəticəsində olub.
Nazir müavini bildirib ki, baş nazir tərəfindən əhalinin kütləvi toplaşdığı bütün növ xidmət və ticarət obyektlərində baş verə biləcək fövqəladə hal, qəza risklərinin müəyyən edilməsi və çatışmazlıqların aradan qaldırılması işinin təşkili ilə bağlı tədbirlər barədə sərəncam imzalanıb. Bu sərəncama uyğun olaraq ölkə üzrə insanların kütləvi toplaşdığı qeyd olunan bütün növ obyektlərdə yanğın, radiasiya və texniki təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi, insanların müvəqqəti yaşayışı üçün nəzərdə tutulmuş binalarda, o cümlədən yataqxanalarda, mehmanxanalarda, sanatoriyalarda, istirahət evlərində, kempinqlərdə, motellərdə, mülkiyyət formasından asılı olmayaraq, bütün sosial təyinatlı obyektlərdə, xəstəxanalarda, təhsil müəssisələrində, ,tamaşa və mədəni-maarif təşkilatlarının binalarında (teatrlar, kinoteatrlar, konsert zalları, muzeylər və s.), əhaliyə xidmət göstərən bütün ictimai obyektlərdə (ticarət mərkəzləri, kafelər, restoranlarda yoxlamalar aparılacaq. O, təhlükəsizlik qaydalarını pozan şəxslərin ciddi şəkildə cəzalandırılacağını vurğulayıb.
E.Mirzəyev deyib ki, bu kimi halların qarşısını almaq məqsədilə maarifləndirmə işləri mütəmadi davam etdirilməlidir.
KREDİTİ ONLAYN əldə et – 10 000 AZN-dək, 0% komissiya
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
9 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 saat sonra
-
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 18 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























