Muğanbankda sədr təyinatı
“Muğanbank” ASC-nin İdarə Heyətində yeni təyinat olub.
Bankdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, "Muğanbank"ın Müşahidə Şurasının müvafiq qərarı ilə İdarə Heyəti Sədrinin vəzifələrini müvəqqəti icra edən Elnur Mir Rəhim oğlu Abbasov bankın İdarə Heyəti Sədri vəzifəsinə təyin olunub.
Elnur Abbasov 1981-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini 1998-2002-ci illərdə Odlar Yurdu Universitetinin hüquqşünas ixtisası üzrə alıb. 2002-2004-cü illərdə isə həmin ali təhsil müəssisəsinin mülki hüquq ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.
Bank sektorunda peşəkar fəaliyyətinə 2002-ci ildən etibarən Muğanbankın Müştərilərə xidmət departamentinin əməliyyatçı mühasib vəzifəsində başlayaraq, Kredit və investisiya departamentində inspektor, İstehlak kreditləri şöbəsinin müdiri, Kredit departamentinin direktor müavini, Pərakəndə bankinq və Beynəlxalq maliyyə institutları ilə iş departamentinin direktoru vəzifələrində işləmişdir. 2019-cu ildə “Kapitalbank” ASC-nin Filial şəbəkəsinin idarəedilməsi departamentinin direktor müavini kimi fəaliyyətini davam etdirmişdir. Kapitalbankda bir müddət işlədikdən sonra Muğanbanka Baş direktor kimi geri dönmüşdür. 07.01.2021-ci ildə Muğanbankın İdarə Heyəti Sədrinin müavini təyin edilmişdir. 01.11.2021-ci il tarixindən etibarən isə İdarə Heyəti Sədrinin vəzifələrinin müvəqqəti icrası E.Abbasova həvalə olunmuşdur.
Elnur Abbasov ailəlidir, 2 övladı var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
18 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)
.jpg)






.jpg)






