"Quş əti və yumurta idxalının kvotalaşdırılmasını xahiş edirik"
Bir müddət əvvəl Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası(APEPEA) quş əti istehsalçılarının pərakəndə ticarət şəbəkələri ilə əməkdaşlıqda üzləşdikləri problemləri hökumət rəsmiləri ilə müzakirə etmək üçün müvafiq qurumların rəhbərlərinə müraciət etmişdi.
Assosiasiya rəhbərliyi İqtisadiyyat naziri Mikayıl Cabbarov, Kənd təsərrüfat naziri İnam Kərimov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarı Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyliyə rəsmi müraciət edərək, quş əti istehsalçıları ilə görüşərək mövcud problemlərin həlli imkanlarını müzakirəsinin təşkilini xahiş etmişdi.
Aprelin 11-də Assosiasiya rəhbərliyi və üzvlərinin İqtisadiyyat Nazirliyi tabeliyində fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyində ilk görüşü baş tutub.
Assosiasiyadan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, görüşdə KOBİA Katibliyi sədrinin müavini İlqar Əsgərov, Vətəndaş qəbulu üzrə vahid kommunikasiya şöbəsinin müdiri Sahib Nəcəfov, həmin şöbənin aparıcı mütəxəssisi Salman Nəcəfov, APEPEA rəhbəri Mürvət Həsənli, İdarə Heyəti sədrinin müavini Vaqif Hüseynov, Assosiasiya üzvü Royal Camalov iştirak ediblər.
Görüşdə M.Həsənli quş və yumurta istehsalçılarının əsas problemlərini KOBİA rəsmilərinin diqqətinə çatdırıb: “Bizi narahat edən, fəaliyyətimizə çətinlik yaradan bir neçə problemi diqqətinizə çatdırmaq istəyirik. Birinci problemimiz pərakəndə ticarət şəbəkələri ilə bağlıdır. Şəbəkələr bizdən aldıqları məhsulların pulunu aylarla yubadırlar. Quş əti və yumurta istehsalçıları o qədər böyük sahibkar deyillər ki, bir neçə milyon manat vəsaitləri aylarla bir mənbədə qalsın və bu da onların fəaliyyətinə mənfi təsir göstərməsin. Satışdan pulunu vaxtında ala bilməyən istehsalçı vaxtınbda və zəruri hədd yem ehtiyatı yarada bilmir, yaxud aldığı yemin pulunu vaxtında ödəyə bilmir. Bu isə müəssisənin inkişafının qarşısını alır, bəzənsə onun kiçilməsinə gətirib çıxarır. Məsələn, hazırda Ukraynadakı müharibəyə görə yem və yem əlavələrinin idxalında çətinliklər yaranıb, qiymətlər bir həftədə 3 dəfə artım istiqamətində dəyişir. Biz şəbəkələrdən pulu vaxtında ala bilmirik deyə lazımi qədər yemi də tədarük edə bilmirik. Şəbəkələrlə bağlı digər problem onların satış nöqtələrində saxlama şəraitinin normalara cavab verməməsidir. Bunun üzündən bizim məhsulların geriqayıtma səviyyəsi 8-12 faizə çatır. Halbuki dünyada 2 faizdən yuxarı olmur”.
M.Həsənli bildirib ki, quş əti və yumurta istehsalçılarının daha bir problemi qaz və elektrik enerjisi şəbəkələrinə qoşulma zamanı çox böyük xərclərinin çıxmasıdır: “Bir müəssisənin enerji şəbəkəsinə qoşulması üçün təkcə texniki şərtə 40-50 min manat pul istənilir. Bir o qədər də qaza görə tələb olunur. Bu qədər xərclə yeni müəssisələr yaratmaq, quşçuluğu inkişaf etdirmək faktiki olaraq mümkün deyil. Çünki o xərcin hamısı istehsal olunan məhsulun maya dəyərinə oturur, bu isə onun satış həcmlərini artırmağa mane olur”.
Assosiasiya rəhbərinin sözlərinə görə, daha bir problem xaricdən quş əti və yumurta idxalıdır: “Keçən il Azərbaycana 31 min ton quş əti idxal olunub. Bu həcmin idxalı zamanı dövlət büdcəsinə ən yaxşı halda 11-12 milyon manat rüsum ödənilib. Amma bu qədər quş ətinin ölkədə istehsalı zamanı 22 min nəfər işlə təmin olunur, sosial ayırma, vergi və rüsum şəklində büdcəyə 18 milyon manat ödənilir. Hələ bu istehsal zamanı sərf olunan qaz, enerji, su, yemə görə ödənişlərdən büdcəyə çatan məbləğləri demirəm. Bunları nəzərə alaraq, biz ölkəyəı quş əti və yumurta idxalının kvotalaşdırılmasını xahiş edirik. Əksər ölkələrdə, o cümlədən Gürcüstan və Türkiyədə yerli istehsalçıları qorumaq üçün məhz bu üsuldan istifadə olunur”.
M.Həsənli onu da qeyd etdi ki, Ukraynadakı müharibə və qlobal bazardakı dəyişikliklər quşçuluq təsərrüfatları üçün zəruri olan yem və yem əlavələrinin idxalında problemlərə səbəb olub: “Biz istəyərdik ki, bu yem və yem əlavələrinin idxalı hökumət səviyyəsində həll edilsin. Bu idxalın ƏDV-dən azad olunması bizim istehsal etdiyimiz məhsulların qiymətində ucuzlaşmaya, ən pis halda bahalaşmanın qarşısının alınmasına səbəb olacaq”.
APEPEA İdarə Heyətinin üzvü Vaqif Hüseynov qeyd etdi ki, ticarət şəbəkələri ən müxtəlif adlar altında istehsalçılardan müqavilədə nəzərdə tutulmayan ödənişlər alırlar: “Yeni market açılırsa, əlavə pul, endirim kampaniyası istəyirlər. Hansısa yeni məhsul verirsənsə, yenə əlavə ödəniş etməlisən. Hətta şəbəkələr öz TV reklamlarını bizim hesabımıza maliyyələşdirirlər: tələb qoyurlar ki, filan TV-də reklamımız gedəcək, 1 həftəsini sən maliyyələşdir. Yaxud deyirlər ki, məhsulunu yaxşı satılmasını istəyirsənsə, bir işçinin maaşını ödə, qoy sənin məhsulunun satışı ilə məşğul olsun. Bunların hamısı şəbəkələrin bazardakı inhisarçı mövqeyindən irəli gəlir. Deyə bilərlər ki, belə hallar bütün dünyada olur. Doğrudur, olur, amma çox çəkmir – dövlət öz “gözəgörünməz” əlini işə salır və inhisarçılıq meyllərinin qarşısını alır”.
Assosiasiya üzvü R.Camalov qeyd etdi ki, şəbəkələrin belə fəaliyyətinin qarşını almaq üçün məhkəməyə müraciət etmək sahibkarların problemini həll etmir: “Məhkəmə prosesi aylarla uzanır, bu isə faktiki olaraq pulun bizə çatmasının aylarla, bəzən illə yubanması deməkdir. Buna görə də heç kim məhkəməyə üz tutmur”.
APEPEA Analitika və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Dünya Camalova bildirib ki, hazırda Azərbaycanda ticarət fəaliyyətini tənzimləyən qanun yoxdur: “Nazirlər Kabinetinin bir qərarı var ki, o da yalnız ticarətin təşkili və istehlakçı hüquqlarının təmin olunması, məhsulların saxlanma şərtlərini müəyyənləşdirir. Pərkandə satıcı ilə məhsul sahiblərinin münasibətlərini tənzimləyən hüquqi baza yuaradılmayıb. Halbuki dünyada bu münasibətlər qanunla tənzimlənir. Biz ilk növbədə belə bir qanunun qəbul olunmasını, ona qədərsə İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarı Dövlət Xidmətinin prosesi tənzimləməsini xahiş edirik. Çünki böyük şəbəkələr məhz pərakəndə ticarətdəki inhisarçı mövqelərindən istifadə edərək istehsalçılara qarşı belə addımlar atırlar”.
İ.Əsgərov öz növbəsində səsləndirilən problemlərin qeydə alındığını və məsələlərin araşdırılacağını qeyd edib: “Hesab edirik ki, xüsusilə ticarət şəbəkələri ilə yaranan problemi onların özlərinin və sizlərin iştirakı ilə ətraflı müzakirəsinə ehtiyac var. Biz mümkün qədər qısa müddətdə belə müzakirənin təşkil olunmasına çalışacağıq. Qaldırdığınız digər məsələlərlə bağlı da araşdırmaların aparılması mümkündür”.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 12 saat sonra
-
1 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
2 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 3 saat əvvəl
-
4 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 6 saat əvvəl
-
8 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi


















