"Market şəbəkələri bazarda inhisarçıdırlar, müxtəlif adlar altında bizdən ödənişlər alırlar"
"Market şəbəkələri öz TV reklamlarını bizim hesabımıza maliyyələşdirirlər"
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) İdarə Heyətinin üzvü Vaqif Hüseynov bildirib ki, ticarət şəbəkələri ən müxtəlif adlar altında istehsalçılardan müqavilədə nəzərdə tutulmayan ödənişlər alırlar.
“Yeni market açılırsa, əlavə pul, endirim kampaniyası istəyirlər. Hansısa yeni məhsul verirsənsə, yenə əlavə ödəniş etməlisən. Hətta şəbəkələr öz TV reklamlarını bizim hesabımıza maliyyələşdirirlər: tələb qoyurlar ki, filan TV-də reklamımız gedəcək, 1 həftəsini sən maliyyələşdir. Yaxud deyirlər ki, məhsulunu yaxşı satılmasını istəyirsənsə, bir işçinin maaşını ödə, qoy sənin məhsulunun satışı ilə məşğul olsun. Bunların hamısı şəbəkələrin bazardakı inhisarçı mövqeyindən irəli gəlir. Deyə bilərlər ki, belə hallar bütün dünyada olur. Doğrudur, olur, amma çox çəkmir – dövlət öz “gözəgörünməz” əlini işə salır və inhisarçılıq meyllərinin qarşısını alır”, - o deyib.
Assosiasiya üzvü R.Camalov qeyd edibki, şəbəkələrin belə fəaliyyətinin qarşını almaq üçün məhkəməyə müraciət etmək sahibkarların problemini həll etmir: “Məhkəmə prosesi aylarla uzanır, bu isə faktiki olaraq pulun bizə çatmasının aylarla, bəzən illə yubanması deməkdir. Buna görə də heç kim məhkəməyə üz tutmur”.
Qeyd edək ki, Aprelin 11-də Assosiasiya rəhbərliyi və üzvlərinin İqtisadiyyat Nazirliyi tabeliyində fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyində ilk görüşü baş tutub. Görüşdə KOBİA Katibliyi sədrinin müavini İlqar Əsgərov, Vətəndaş qəbulu üzrə vahid kommunikasiya şöbəsinin müdiri Sahib Nəcəfov, həmin şöbənin aparıcı mütəxəssisi Salman Nəcəfov, APEPEA rəhbəri Mürvət Həsənli, İdarə Heyəti sədrinin müavini Vaqif Hüseynov, Assosiasiya üzvü Royal Camalov iştirak ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
12 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
