“Azərsu” Şuşada Zarıslı çayı üzərində su anbarı yaradır

“Azərsu” ASC Şuşada əhalinin suya tələblərinin ödənilməsi üçün iki mənbədən su verir.
Bunu açıqlamasında "Azərsu” ASC-nin Planlaşdırma və layihələndirmə departamentinin rəis müavini Ceyhun Məmmədov bildirib.
Onun sözlərinə görə, bu mənbələrdən biri Zarıslı, digəri isə Kirs su mənbələrindən su ilə təmin edilir: “Hazırda Şuşada davam edən abadlıq-quruculuq işlərini nəzərə aldıqda, orada əlavə su tələbatı yaranır. Yay aylarında əlavə su tələbatını qarşılamaq üçün “Azərsu” Şuşa şəhərində müvəqqəti su anbarının yaradır və ən qısa zamanda nasos stansiyası inşa edərək Şuşaya əlavə su gətiiləcək”.
O bildirib ki, bu su anbarı Zarıslı çayının üzərində qurulacaq ki, bu, Şuşanın dayanıqlı su təminatına böyük töhfə verəcək.
C. Məmmədovun fikrincə, ötən il Ağdam rayonunda su mənbəyinin müəyyən olunması ilə bağlı tədqiqat işlərinə başlanılıb: “Ağdamda iki ədəd kəşfiyyat quyusu qazılıb, bu quyuların tədqiqatları aparılıb. Bu tədqiqatların nəticəsi artıq əsas verib deyək ki, bütün Ağdam şəhəri subartezian quyularından su ilə təmin olunacaq”.
“Azərsu” rəsmisi qeyd edib ki, hazırda Füzuli və Cəbrayıl şəhərləri ilə bağlı layihələndirmə işlərinə başlanılıb: “Bilirsiniz ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərlərin Baş planları təsdiq edilir və bundan sonra “Azərsu” layihə işlərinə başlaya bilir. Hazırda isə yalnız Ağdam, Füzulinin Baş planları təsdiq edilib. “Azərsu” isə Füzuli və Ağdamın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işçi layihələrinin hazırlanmasına başlayıb. Zəngilan, Qubadlı və digər işğaldan azad edilmiş ərazilərin Baş planları Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiqlənərək “Azərsu” ASC-yə göndəriləcək. Bundan sonra isə bu rayonlarda da layihələrin icrasına başlanıla bilər. Ancaq hazırda bu ərazilərdə çövcud su mənbələrinin müəyyən edilməsi ilə bağlı araşdırma işləri aparılır”.
İşğaldan azad olunmuş ərazilərdə hansı çayların suyundan içməli su kimi istifadə olunacağına gəldikdə isə, mütəxəssis bildirir ki, onu tədqiqatlar göstərəcək. O deyir ki, məsələn, Ağdamda ancaq yeraltı sulardan və subartezian sularından istifadə ediləcək: “Bir daha təkrarlayım ki, Şuşada Zarıslı və Kirs çayının mənbələrindən istifadə ediləcək. Tədqiqatlar göstərir ki, Kəlbəcərdə isə yerüstü çaylardan istifadə ediləcək. Ancaq hələlik bu tədqiqatlar tam yekunlaşmayıb. Yekun qərar olmadığı üçün nəsə demək çətindir”.
C. Məmmədov vurğulayıb ki, azad olunmuş ərazilərdə həm yeraltı, həm də yerüstü sulardan içməli su kimi istifadə olunacaq: "Bu ərazilər həm yeraltı, həm də yerüstü sular baxımından münbir ərazilərimizdir”.
© Report
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün sonra
- 5 saat əvvəl
-
-
5 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
8 saat əvvəl
Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı
-
8 saat əvvəl
Bank of Baku istiqrazları yüskək tələbatla satıldı - 99%-i fiziki şəxslər olan 601 investor!
-
8 saat əvvəl
"Sea Breeze Health Valley" layihəsilə ölkəmizin səhiyyə sisteminin modernləşəcəyi bildirilib
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı

"Sea Breeze Health Valley" layihəsilə ölkəmizin səhiyyə sisteminin modernləşəcəyi bildirilib

Azərbaycan şirkəti Türkiyə şirkətilə müqavilə imzalayıb - Modulyar Panel Sistemlərinin quraşdırılacaq

Azərbaycan şirkəti Qazaxıstan şirkətilə birgə müəssisə yaradır - 2 milyon ton gücə malik zavod tikiləcək
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycanın Milli Depozit Mərkəzi ilə Qazaxıstanın Mərkəzi Depozitarı arasında müxbir əlaqələr yaradılıb

"Bank of Baku"nun istiqrazlarına 601 investordan 682 sifariş - BANK 20 MİLYON MANATI CƏLB EDƏ BİLDİ

Azərbaycan və Qətər Sərmayə Fondu birgə layihələri müzakirə edib

“Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri "PAŞA Bank" ilə strateji tərəfdaşlığı elan ediblər

SOCAR İtaliyada 4500 yanacaqdoldurma məntəqəsi olan şəbəkəni aldı

"Ələtdə istifadəyə veriləcək yeni yük hava limanı Azərbaycanı Avrasiyada əsas logistika mərkəzlərindən birinə çevirəcək"

Spirtin və alkoqollu içkilərin istehsalı, idxal və satışına dövlət nəzarəti bu quruma da tapşırıldı
