"Serbiya Azərbaycandan qaz və Yunanıstandan LNG hesabına Rusiyadan asılılığı azaltmağı planlaşdırır"
2023-cü ildə Serbiya ilə Bolqarıstan arasında interkonnektorun (Bulgaria-Serbia Interconnector Gas Pipeline, IBS) istifadəyə verilməsi Serbiya rəhbərliyinə Yunanıstandan maye qaz və Azərbaycandan təbii qaz hesabına Rusiya qazından asılılığı azaltmağa imkan verəcək.
Bu barədə Serbiya baş nazirininmüavini, energetika və mədən sənayesinaziri ZoranaMixayloviç bəyan edib.
“Serbiya hələ də bir təchizatçıdan asılıdır. Bizim iki qaz marşrutumuz var (Macarıstan və Bolqarıstandan keçməklə), ancaq biz Rusiyadan asılıyıq. Gələn il hazır olacaq Bolqarıstanla interkonnektorumuz (Niş-Dimitrovqrad birləşdirici qaz kəməri ) danışıqlar aparmağa və gələn ilin sentyabr ayından etibarən Yunanıstandan LNG almağa, Azərbaycandan qaz ilə birləşməyə imkan verəcək, bununla da asılılığımız azalacaq”, - Rusiya mətbuatı Mixayloviçin sözlərindən sitat gətirir.
Həmçinin, o qeyd edib ki, qazın qiymətinin nə qədər olacağı barədə məlumatı yoxdur, lakin dəqiqdir ki, əvvəlki kimi olmayacaq.
Öncə Azərbaycan energetika naziri Pərviz Şahbazov məlumat verib ki, Serbiya 2023-cü ildə Cənubi Qaz Dəhlizi ilə nəql olunan Azərbaycan qazı almağı ümid edir.Bu məsələ 2022-ci ilin fevral ayında Şahbazov ilə Serbiyanın energetika və mədənçilik sənayesi nazirinin köməkçisi Raşa Koyçiç arasında görüş zamanı müzakirə olunub.
Bolqarıstan-Serbiya qaz kəməri layihəsi (Bulgaria-Serbia Interconnector Gas Pipeline, IBS) Aİ tərəfindən Ümumi maraqlar Layihəsi (PCI) kimi dəstəklənir. Uzunluıu – 170 km, həmçinin Serbiya hissəsi – 108 km, Bolqarıstanda – 62 km-dir.
IBS vasitəsilə Bolqarıstandandan keçməklə Serbiyaya CQD-dən qaz (bu dəhliz vasitəsilə Azərbaycan qazı Avropaya nəql olunur), həmçinin təkrar qazlaşdırmadan sonra Yunanıstandan Aleksandrupolis terminalından maye təbii qaz daxil olacaq.
Ötürmə gücü – illik 1,8 milyard kubmetrdən çoxdur, 4 milyard kubmetrədək genişləndirilmə imkanı mövcuddur.
Bolqarıstan və Serbiya 2018-ci ilin may ayında Aİ-Qərbi Balkanlar sammiti zamanı IBS qaz kəmərinin tikintisi barədə bəyannamə imzalayıb.
Həmin vaxt yeni qaz kəmərinin 2022-ci ilin may ayından gec olmayaraq istifadəyə verilməsi planlaşdırılırdı. 2021-ci ilin yanvar ayında Serbiyanın energetika naziri Zoran Mihayloviç bəyan edib ki, Serbiya hissəsinin tikintisinə 2021-ci ilin yayında başlamaq, 2023-cü ilin əvvəlinə qədər sona çatdırmaq planlaşdırılır.
Serbiya üçün layihənin dəyəri 89 milyon avroya başa gələcək, bundan 49,6 milyon avro Aİ-nin dotasiyasıdır.
Azərbaycan qazının TAP kəməri Avropaya ixracına 2020-ci il dekabrın 31-də başlanılıb.
Birinci il ərzində TAP qaz kəməri ilə Avropaya 8,1 milyard kubmetr Azərbaycan qazı ixrac edilib.2022-ci ildə TAP ilə Avropaya qaz nəqlinin həcmi 10 milyard kubmetr səviyyəsində proqnozlaşdırılır. Azərbaycan tələb və müqavilələr olduğu hald Avropaya qaz nəqlini artırmağa hazır olduğunu bəyan edib.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 0% komissiya
© İnterfaks-Aərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 12 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?























