Azərbaycanın iş adamlarının İordaniyaya işgüzar səfəri başa çatıb
KOBİA-nın təşkilatçılığı ilə sahibkarlara dəstək göstərən qurumlardan və iş adamlarından ibarət nümayəndə heyətinin İordaniyaya işgüzar səfəri başa çatıbMəlumat verildiyi kimi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, ölkəmizin İordaniyadakı Səfirliyi ilə əlaqələndirilməklə Azərbaycanda biznesə dəstək göstərən qurumların nümayəndələri, eləcə də kənd təsərrüfatı, qida, turizm, səhiyyə, təhsil sektorlarında fəaliyyət göstərən və idxal-ixrac əməliyyatları ilə məşğul olan iş adamları İordaniyada işgüzar səfərdə olub.
KOBİA-nın yaydığı məlumatda bildirilir ki, səfər çərçivəsində aprelin 18-də KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov İordaniyanın Rəqəmsal İqtisadiyyat və Sahibkarlıq naziri Ahmad Hanandeh, Sahibkarlığın İnkişafı Koorporasiyasının rəhbəri Abdel Fatah Al Kayed, Sənaye, Ticarət və Təchizat Nazirliyinin baş katibi xanım Dana Al-Zoubi və Ticarət Palatasının birinci vitse-prezidenti Jamal Rifai ilə görüşüb.
Görüşlərdə müvafiq olaraq biznes və investisiya sahəsində yeni təşəbbüslərə, KOB-ların rəqəmsallaşmasına, İordaniya və Azərbaycan arasında ticarət əlaqələrinin genişləndirilməsinə, sahibkarlıq sahəsində mümkün birgə layihələrə və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb, Azərbaycanda KOB sektorunun inkişafı, Agentliyin sahibkarlara göstərdiyi dəstək və xidmətlər barədə məlumat verilib.
Həmçinin, KOBİA və İordaniyanın Ticarət Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Ticarət Palatasının birinci vitse-prezidenti Jamal Rifai imzalayıblar. Sənəd hər iki ölkənin KOB-ları arasında əməkdaşlığın təşviqini, ticarət və investisiya imkanları sahəsində qarşılıqlı məlumat, KOB-lara xidmətin göstərilməsi üzrə fəaliyyətin təşkili və idarə edilməsinə dair təcrübə mübadiləsini, KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi üçün birgə tədbirlərin təşkilini və digər istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur.
Qeyd edək ki, 17-18 aprel tarixlərini əhatə edən səfərin məqsədi Azərbaycan və İordaniyanın iş adamları və müvafiq qurumları arasında əlaqələrin genişləndirilməsi, birgə biznes və investisiya layihələrinin reallaşdırılması imkanlarının, ticarət əlaqələrinin inkişafı və İordaniya bazarına çıxış perspektivlərinin müvafiq qurumlarda müzakirə olunmasıdır. Səfər çərçivəsində aprelin 17-də KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov İordaniyanın investisiya naziri Khairy Amr və Sənaye Palatasının sədri Fathi Al-Jagber ilə görüşərək ticarət və investisiya sahəsində əməkdaşlıq imkanlarını, bu istiqamətdə iş adamları arasında əlaqələrin genişləndirilməsi perspektivlərini müzakirə edib. Əmman şəhərində keçirilmiş İordaniya-Azərbaycan İqtisadiyyat və İnvestisiya Forumunda Azərbaycanın biznes və investisiya imkanları İordaniyanın biznes ictimaiyyətinə təqdim olunub. Həmçinin, KOBİA ilə İordaniyanın Sənaye Palatası və İordaniya İş Adamları Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 12 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?






















