ABB-nin tərəfdaşlığı ilə ADA-da Karyera Həftəsi başladı!
ABB-nin tərəfdaşlığı ilə ADA-da növbəti Karyera Həftəsinə start verilib.
Aprelin 27-ə qədər davam edəcək Karyera Həftəsinin məqsədi tələbə və məzunları ölkəmizin əmək bazarı, karyera imkanları ilə tanış etməkdən ibarətdir.
ADA-nın hər il ənənəvi qaydada keçirdiyi Karyera Həftəsində müxtəlif müzakirə panelləri, seminar və təqdimatlar təşkil olunur. Bu tədbirlərdə ayrı-ayrı qurumların rəhbər təmsilçiləri də iştirak edir. Universitetin tələbə və məzunları onlarla tanışlıq, işgüzar əlaqələr qurmaq imkanı qazanırlar.
Karyera Həftəsinin açılışında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov da iştirak edib. Abbas İbrahimov çıxışında özünün təhsil və karyera təcrübəsini tələbələrlə bölüşüb. Universitet illərində yaranan bu cür imkanların gələcək üçün xüsusi önəmini vurğulayıb. Tələbələri belə fürsətlərdən faydalanmağa çağırıb.
ABB-nin İdarə Heyətinin sədri hazırda ölkəmizin bank sektorunda gedən inkişaf proseslərinə diqqət yönəldib. Qeyd edib ki, müasir çağırışlara uyğun olaraq sektorda baş verən yeniliklər bu sahədə peşəkar kimi yetişmək istəyən gənclərə böyük imkanlar yaradır. Ölkəmizin bank sektorunun ən yaxşı işəgötürəni olmağı qarşısına hədəf qoymuş ABB isə iddialı və istedadlı gənclərə dəstək olmağa hər zaman hazırdır: “Biz istedadların inkişafı üçün əlverişli mühit yaradırıq. Onları dəstəkləyir, müxtəlif sahələrdə potensiallarını üzə çıxarırıq. Ən əsası isə biz istedadları hər yerdə axtarıb komandamıza cəlb edirik. Universitetlərin belə tədbirlərində iştirakımız da istedadlar axtarışımızın önəmli hissəsidir” – deyə Abbas İbrahimov sözlərinə əlavə edib.
ABB-nin tərəfdaşlıq dəstəyi ilə təşkil olunmuş Karyera Həftəsinə 20-dən çox qurum qatılıb. Tələbələr qarşıdakı günlər ərzində bu qurumların təmsilçilərinin iştirakı ilə maraqlı təqdimatlar dinləyəcək, gələcək karyera həyatları üçün faydalı məlumatlar alacaqlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 16 saat əvvəl
-
16 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 19 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib













.jpg)



