FİFA Elxan Məmmədova vəzifə verib
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova yeni vəzifə verilib.
O, FİFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru təyin olunub.
AFFA-nın sabiq baş katibi və hazırkı icraçı vitse-prezidenti yeni fəaliyyətinə mayın 1-dən etibarən başlayacaq.
Məmmədov müxtəlif regionlar üzrə “FİFA Forward” layihəsinin icrası, FİFA-nın Avropadakı 55 üzv ölkəsində futbolun inkişafı üçün lazımi layihələri müəyyən etmək, onların müxtəlif spesifik tələblərinin təhlilini aparmaq və bu layihələrin FİFA-nın iş prinsipi çərçivəsinə uyğunluğunu təmin etmək fəaliyyətinə başlayacaq.
Məmmədov AFFA-da 10 ildən çox öncə baş katib, daha sonra isə icraçı vitse-prezident vəzifələrində çalışıb. Yeni vəzifəsində o FİFA-nın İdarəetmə və Strateji layihələr üzrə direktoru Nodar Axalkatsini əvəzləyəcək.
FİFA prezidenti Canni İnfantino təyinata münasibət bildirib: “Elxanın FİFA komandasına qoşulması bizim gücümüzə güc qatır. Onun futbolun dayaqlarını möhkəmləndirmək üçün götürdüyü öhdəliklər Azərbaycanda idman üçün faydalı olub. Məmmədovun öz təcrübəsini bütövlükdə Avropa futboluna da tətbiq edəcəyini düşünürəm və ona FİFA komandasına xoş gəlmisən deyirəm”.
FİFA-nın Paris ofisində fəaliyyət göstərəcək Məmmədov yeni təyinatı barədə danışıb: “FİFA-ya qoşulmaq çox xüsusi bir haldır. Bunu məsuliyyət və şərəflə qəbul edirəm. FİFA hazırda futbolu dünyanın hər nöqtəsində əhatə edən lokomotivdir. FİFA komandasıyla və üzvlərimizlə birlikdə əminəm ki, həm qadın, həm də kişi futbolunun inkişafı üçün yeni ideyaların həyata keçirilməsini davam etdirəcəyik. Futbolun idarəedilməsi və davamlı inkişafı mənim üçün ən maraqlı sahələrdəndir və bu mövzuda FİFA və onun prezidenti cənab İnfantino ilə məqsədlərimiz ortaqdır. Son 15 ildə AFFA-da fəaliyyətim mənə idman sahəsində mühüm təcrübə qazandırıb. AFFA prezidentinə və komandamıza uzun və xoş əməkdaşlığımıza, effektiv idarəetmə qurduğumuza, kütləvi futbolun inkişafına və möhtəşəm tədbirlərin təşkilinə görə təşəkkür edirəm. Bu təcrübəni yeni mövqeyimdə daha geniş miqyasda tətbiq etmək üçün əlimdən gələni edəcəyəm”.
Qeyd edək ki, Məmmədov AFFA-da fəaliyyətə 2007-ci ildə başlayıb və o vaxtdan Azərbaycanda idmanın miqyasının genişlənməsində mühüm rol oynayıb. O FİFA “Fair Play and Social Responsibility” komitəsinin üzvü olmaqla yanaşı 2012-ci ildə Bakıda keçirilən FİFA Qadınlarası U-17 Dünya çempionatının Yerli təşkilat komitəsinin sədri, 2015-ci ildə Bakıda keçirilən Avropa oyunları, 2019 UEFA Avropa Liqasının finalı və UEFA AVRO 2020-nin 3 qrup mərhələsi oyunu və 1/4 final mərhələsi qarşılaşması kimi tədbirlərin təşkilində rəhbər şəxslərdən biri olub.
XXX
Elxan Məmmədov AFFA-nın icraçı vitse-prezidenti postunu tərk edəcək. Funksioner mayın 1-dən FİFA-da çalışacaq.
Məmmədov AFFA-da fəaliyyətini ictimai əsaslarla vitse-prezident olaraq davam etdirəcək.
O, həm də İcraiyyə Komitəsinin üzvü kimi qalacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
- 3 gün sonra
-
2 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 1 gün sonra
- 12 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
-
1 saat əvvəl
"Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir"
- 1 saat əvvəl
-
2 saat əvvəl
“AtaSığorta”ya satışları dayandırmaq barədə göstəriş verilib
-
2 saat əvvəl
Siqaret qaçaqmalçılığında ittiham edilən Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürüb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
İlin son ENDİRİMLİ KREDİT TƏKLİFİ!
"Ermənistana Azərbaycan ərazisindən taxıl göndərilməsi, Azərbaycandan neft məhsullarını satın alınması etimad quruculuğu proseslərindəndir”
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
"Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir"
Ən çox oxunanlar
Çindən elektrikli avtomobillərə enerji limiti
“AtaSığorta”ya satışları dayandırmaq barədə göstəriş verilib
Siqaret qaçaqmalçılığında ittiham edilən Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürüb
60%-dək endirimlər, hər 500 AZN-lik alış-verişə xüsusi şans!
AZAL-dan Gürcüstana səfər edənlərə tövsiyə - Bu sənəd tələb olunacaq
“AZINCLOUD” ilə öz bulud infrastrukturunu yarat!
"Şahdağ Turizm Xizək Mərkəzində 1-2 ilə trasların uzunluğu təqribən 55 kilometr olacaq"




















