Dövlət Xidmətində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri və KİV təmsilçiləri ilə görüş keçirilib.
Bu barədə Xidmətin yaydığı məlumatda bildirilir.
Məlumatda qeyd edilib ki, Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ictimai fikirin qurum üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edilib ki, Xidmətdə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə yayımlanan fikirləri diqqətlə təhlil edilir, fəaliyyətin təkmilləşdirilməsi və görülən işlərin operativ işıqlandırılması istiqamətində tədbirlər görülür.
Görüşdə həmçinin, antiinhisar nəzarəti və rəqabət sahələrində aparılan institusional islahatlar, Rəqabət Məcəlləsinin mahiyyəti və rəqabətin təşviqi üçün istifadə olunan yeni alətlər barədə məlumat verilib.
Bildirilib ki, şəffaflığın artırılması məqsədilə prosedurların icra edilməsində maksimum rəqəmsallaşmaya üstünlük verilir.
Qeyd edilib ki, bu baxımdan dövlət satınalmalarında səmərəlilik və şəffaflığı təmin edən “Dövlət satınalmaları haqqında” yeni Qanunun layihəsinin hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim olunub.
Tədbirdə ictimaiyyət nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsi və Dövlət Xidmətinin fəaliyyəti ilə bağlı ictimaiyyəti maraqlandıran məsələlər müzakirə edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 10 saat əvvəl
-
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti






















