Apple-ın rüblük gəliri 97,3 milyard dollara yüksəlib, iPhone satışları artıb
Göstərici 2021-ci illə müqayisədə 9% artıb.Amerikanın “Apple” şirkətinin son rübdə (yanvar-mart) gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 9% artıb.
Marja xəbər verir ki, bu, şirkətin cümə axşamı öz saytında dərc edilmiş hesabatlardan məlum olur.
Martın 26-da başa çatan üç aylıq hesabat dövründə Apple-ın cəmi gəliri 97 milyard 278 milyon dollar olub. 2021-ci ilin eyni dövrü üçün bu rəqəm 89,6 milyard dollara yaxın təşkil etmişdi.
Şirkətin ötən rübdə xalis mənfəəti 25,01 milyard dollar olub (2021-ci ilin eyni rübündə 23,6 milyard dollar olmuşdu). Şirkətin səhm üzrə qazancı da bu müddət ərzində 1,40 dollardan 1,52 dollara yüksəlib.
Şirkətin gəlirləri ekspertlərin gözləntilərini (93,9 milyard dollar) üstələyib.
iPhone şirkətin qabaqcıl məhsulu olaraq qalır və bu smartfonların dünya üzrə satışı ötən rübdə Apple-a 50,5 milyard dollar gəlir gətirib. Xidmətlərin satışından əldə edilən gəlir 19,8 milyard dollar, kompüter və noutbukların satışından isə 10,4 milyard dollar təşkil edib.
iPhone və Mac satışları artıb, iPad satışları azalıb
Bu dövrdə Apple-ın smartfon və kompüter satışları artarkən, planşet satışları azalıb.
Yanvar-mart dövründə iPhone satışlarının məbləği əvvəlki ilin eyni dövrünə görə 6% artaraq 50,6 milyard dollara çatıb.
Eyni dövrdə iPad satışları 3% azalaraq 7,6 milyard dollar, Mac satışlarının məbləği isə 14 faiz artaraq 10,4 milyard dollar olub.
Açıqlamada Çindən qaynaqlanan tədarük çatışmazlığı səbəbindən bu rübdə satışların 4-8 milyard dollar aralığında düşə biləcəyi qeyd olunub.
1976-cı ildə qurulan Apple iPhone, iPad, iMac, MacBook, iPod və digər yüksək texnologiyalı məhsullar istehsal edir. Korporasiya dünyanın ən böyük şirkətlərindən biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 11 d. əvvəl
-
-
12 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
23 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 12 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Rəsmi məzənnələr açıqlandı
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
Ən çox oxunanlar
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb






.jpg)
.jpg)








.jpg)





