FED-dən son 22 ildə bir ilk gözlənilir - Bu axşam...
Federal Ehtiyat Sisteminin sədri Jerome Powell-in son 40 ildə pik həddinə çatan inflyasiya ilə mübarizə üçün 2000-ci ildən bəri ən aqressiv faiz artıracağı gözlənilir. İnvestorlar qərardan sonra Powellin çıxışında növbəti yığıncaqlarda daha yüksək artım olub-olmayacağına dair siqnallar axtaracaqlar.
ABŞ Mərkəzi Bankının (Fed) Federal Açıq Bazar Komitəsinin (FOMC) iki günlük iclasından sonra bu axşam faiz dərəcələrini 0,50 bənd artıracağı gözlənilir. Bu, 2000-ci ildən bəri ən böyük faiz artırımı olacaq. Bank 2018-ci ildən bəri ikinci dəfə faiz dərəcələrini artıracaq.
Marja.az xəbər verir ki, bəzi qurumlar İyun iclasında 0,75 bəndlik artırım olacağını nəzərdə tuturlar.
Bankın yüksək inflyasiyanı cilovlamağa tələsməsi, balansının azaldılması planı və siyasət dəyişikliyinin miqyası da 1980-ci illərin Pol Volker dövrünü xatırladır.
"Bloomberg Economics"in iqtisadçıları Anna Vonq, Yelena Şulyatyeva və Eliza Vinqer deyiblər: “Biz faizlərin 0,50 bənd artırılacağını və balansın sürətli azaldılması üçün may iclasında ətraflı planın açıqlanacağını gözləyirik. Powell gələcək aylarda iqtisadiyyatın necə təsirlənəcəyini qiymətləndirmək üçün növbəti faiz artımlarının sürətini açıqlamaqdan çəkinəcək”.
Bankın bu axşam 8,9 trilyon dollarlıq balansını azaltmaq planını açıqlayacağı gözlənilir. FED-in 15-16 mart tarixlərində keçirilən iclasının protokollarında balansı ayda 95 milyard dollar azaltmağın məqsədəuyğun olacağı bildirilib. Protokollara görə, üzvlər, dövlət qiymətli kağızları üçün ayda 60 milyard ABŞ dollarlıq və ipoteka ilə təmin edilmiş qiymətli kağızlar üçün 35 milyard dollarlıq yuxarı həddin uyğun olması ilə razılaşdılar.
FOMC-ın bəyanatı
Federal Açıq Bazar Komitəsinin bəyanatında “faizin artırılmasının davam etdirilməsi məqsədəuyğundur” ritorikasını təkrarlayacağı gözlənilir. Açıqlamada iqtisadi artımın yavaşladığı, istehlak xərclərinin və məşğulluq artımlarının güclü olduğu da ifadə edilə bilər.
Bir çox iqtisadçı qeyd edir ki, mətndə mülayim dəyişikliklər ola bilər.
Mətbuat konfransında Pauell gələcək aylarda faizin artırılmasının sürəti və ölçüsü ilə bağlı suallarla üzləşə bilər. FED sədri əvvəlki açıqlamasında faizin artırılmasının məlumatlardan asılı olacağını və bütün variantların masada olacağını bildirmişdi.
Pauell tənəzzül riski ilə bağlı açıqlamalar da verə bilər. "Goldman Sachs Group", ölkənin tənəzzülə düşməsi şansının 35 faiz olduğunu, "Deutsche Bank" iqtisadçıları isə artımda kəskin azalma ola biləcəyini bildiriblər.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Qadın sahibkarlar üçün layihəyə start verildi - Yeni biliklər əldə edəcəklər, bacarıqlarını genişləndirəcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 52 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
52 d. əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
-
56 d. əvvəl
"Sabah İtaliya-Azərbaycan Universitetinin açılışını qeyd edəcəyik" - BƏYANATLAR
-
2 saat əvvəl
“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammiti başa çatıb
-
4 saat əvvəl
Trendyol “INmerge” İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır
-
4 saat əvvəl
Exxon Mobil dünya üzrə təxminən 2 min nəfəri işdən çıxaracaq
-
4 saat əvvəl
Türkiyənin geyim markasının Azərbaycanda 8-ci mağazası açılıb
-
4 saat əvvəl
“PAŞA Bank” zəfəri Azərbaycana yaşadanları YAŞATmağa çağırır!
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Müəllimlər üçün KOMİSSİYASIZ KREDİT

Trendyol “INmerge” İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır

Türkiyənin geyim markasının Azərbaycanda 8-ci mağazası açılıb

SOCAR : "Biz "təmiz enerji" şirkətinə çevrilmək istəyirik"
Ən çox oxunanlar

Oktyabrın 2-dək güclü külək əsəcək - XƏBƏRDARLIQ

Qadın sahibkarlar üçün layihəyə start verildi - Yeni biliklər əldə edəcəklər, bacarıqlarını genişləndirəcəklər

Naxçıvanda ilk dəfə aqrar sığorta ödənişi həyata keçirilib

Bank 5000 ədəd Visa Business kart alışı üzrə tender elan edir

Əhmədova “ədliyyə general-mayoru”, İsmayılova “general-mayor” ali hərbi rütbəsi verildi

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
