Reuters: Avropa İttifaqı Rusiyadan neft idxalına qadağa qoyulması ilə bağlı razılığa gələ bilmədi
Çərşənbə günü Avropa ittifaqı (Aİ) ölkələrinin daimi nümayəndələri Rusiya neftinin idxalına embarqoya dair razılığa gələ bilmədilər, danışıqlar mayın 5-də davam etdiriləcək.
Marja.az xəbər verir ki, bu barədə “Reuters” öz mənbəsinə istinadən məlumat yayıb.
Məlumata görə, müzakirələr zamanı birliyə üzv olan bəzi ölkələr, xüsusən Macarıstan, Slovakiya, Çexiya və Bolqarıstan Rusiya neftindən mərhələli şəkildə imtina edilməsi üçün təklif olunan tədbirlərdən narahatlığını bildiriblər. Beləliklə, neft embarqosunun ilk müzakirəsi tərəflər arasında konsensusun olmaması ilə yekunlaşıb. Eyni zamanda agentliyin mənbəsi Aİ daimi nümayəndələrinin cümə axşamına planlaşdırılan növbəti görüşündə razılığın əldə oluna biləcəyini vurğulayıb.
Çərşənbə günü Avropa Komissiyası Rusiyaya qarşı bu ilin sonu və ya gələn ilin əvvəlində qüvvəyə minə biləcək xam neft və neft məhsullarının Aİ-yə ixracına təxirə salacaq qadağa da daxil olmaqla, sanksiyaların altıncı raundu layihəsini açıqlayıb. Mütəxəssislərin fikrincə, bu, neftin qiymətinin artmasının yeni mərhələsinə gətirib çıxaracaq və potensial olaraq Rusiyanın neft gəlirlərinin artması ilə nəticələnə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
9 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 9 saat əvvəl
-
9 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"





















