Elon Musk 2028-ci ilə qədər Twitter gəlirlərini beş dəfə artırmağı planlaşdırır
Sahibkar altı il ərzində sosial media istifadəçilərinin sayının dörd dəfədən çox artacağını da gözləyir.Twitter-i əldə edən sahibkar İlon Mask 6 il ərzində şirkətin gəlirini beş dəfədən çox artırmaq niyyətindədir.
Marja.az xəbər verir ki, bu barədə cümə günü “The New York Times” investorlar üçün məlumat təqdimatlarına istinadən məlumat yayıb.
Məlumata görə, Mask 2028-ci ilə qədər Twitter-in illik gəlirini 26,4 milyard dollara çatdırmağı planlaşdırır. Ötən il bu rəqəm 5 milyard dollara yaxın olub. Eyni zamanda o, reklam gəlirləri ilə abunələrdən əldə olunan vəsaitlərin nisbətini sonuncunun xeyrinə dəyişmək istəyir. Beləliklə, altı ildən sonra ödənişli abunələrdən əldə olunan gəlir 10 milyard dollara çatmalıdır.
Sahibkar həmçinin sosial media istifadəçilərinin sayının 2028-ci ilə qədər dörd dəfədən çox artacağını, 2021-ci ilin sonundakı 217 milyon istifadəçidən altı il sonra 931 milyona çatacağını gözləyir. Eyni zamanda, Maskın planlarına görə, onlardan 104 milyonu ödənişli abunəçi olacaq.
Mayın əvvəlində Mask Twitter-in təşkilatlar və dövlət qurumları üçün pullu ola biləcəyini, sosial şəbəkənin isə adi istifadəçilər üçün pulsuz qalacağını açıqlamışdı.
Aprelin 25-də Twitter rəhbərliyi amerikalı sahibkar İlon Maskın şirkəti 44 milyard dollara alacağını açıqlamışdır. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının məlumatına görə, milyarder müqaviləni ləğv etmək qərarına gəlsə, Twitter-ə 1 milyard dollar cərimə ödəməli olacaq. Müqavilənin bağlanma tarixi 24 oktyabr 2022-ci il tarixinə təyin edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 14 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)





.jpg)






