“XXI əsr bacarıqları” üzrə məktəblilərarası olimpiadanın nəticələri açıqlandı! - FOTO, VİDEO
(®) XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi tərəfindən Azərbaycan təhsil aləmində bir yenilik kimi təşkil olunan “XXI əsr bacarıqları” üzrə məktəblilərarası olimpiadanın final mərhələsi başa çatdı.
6 may 2022-ci il tarixində keçirilən final mərhələsinin yekunlarına əsasən elə həmin gün mükafatlandırma mərasimi təşkil olunmuşdur.
Mükafatlandıma mərasimində Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri, həmçinin final mərhələsinə vəsiqə qazanan şagirdlərin təhsil aldıqları məktəblərin rəhbərləri və təhsil ictimaiyyətinin digər nümayəndələri iştirak etmişdir.
Olimpiadanın yekun nəticələrinə əsasən, birinci yerə 160 nömrəli Klassik Gimnaziyanın, iki və üçüncü yerlərə isə müvafiq olaraq Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin və Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin şagirdlərindan ibarət komandalar layiq görülmüşdür.
Olimpiadanın qalibləri və eləcə də müxtəlif kateqoriyalar üzrə digər qalib şagirdlər qiymətli hədiyyələrlə təltif edilmişdir.
Qeyd edək ki, ümumilikdə 18 ümumtəhsil məktəbində təhsil alan 94 şagirdin 32 komanda halında iştirak etdiyi olimpiadanın birinci mərhələsi 30 aprel 2022-ci il tarixində keçirilmiş, final turuna 10 komanda vəsiqə qazanmışdır. Olimpiadada V-VIII sinif şagirdləri hər birində 3 nəfər olan komandalar şəklində iştirak etmişlər.
Məlumat üçün bildirək ki, XXI Əsr bacarıqları haqqında məktəbin veb saytından ətraflı məlumat əldə edə bilərsiniz.
https://www.21century.edu.az/az/about/21ciesrbacariqlari
Bütün qalibləri və iştirakçıları təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
9 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 13 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























