Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 25%-dək artıb
Bu ilin yanvar-aprel ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 milyard 641 milyon 440,6 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,9% çoxdur.
DGK-nın dərc etdiyi göstəricilər əsasında aparılan hesablamalarına görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 13,8% artaraq 410 milyon 281,8 min manat təşkil edib.
ƏDV üzrə daxilolmalar isə 32,1% artaraq 1 milyard 174miylon 523,6 min manata bərabər olub. Aksizlər üzrə cari ilin ilk dörd ayında daxilolmalar 22,1% azalaraq 39 858,1 min manat təşkil edib.
Yol vergisi üzrə daxilolmaların həcmi 16 milyon 776,8 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 20,8% çoxdur.
Bu ilin aprel ayında Komitənin xətti ilə dövlət büdcəsinə 409 milyon 499,5 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 10,4% çox, bu ilin mart ayı ilə müqayisədə isə 0,4% azdır.
Bu ilin aprel ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 7,9% artaraq 107 745,2 min manat olub. Bu ilin mart ayı ilə müqayisədə isə bu göstərici 0,8% artıb.
Həmçinin, cari ilin aprel ayı ərzində ƏDV üzrə daxilolmalar ötən ilin eyni ayı ilə müqayisədə 13,7% artaraq 286 milyon 444,3 min manat (bu ilin mart ayı ilə müqayisədə 1% az), aksizlər üzrə 31% azalaraq 10 milyon 667,9 min manat (mart ilə müqayisədə 5,2% az), yol vergisi üzrə daxilolmalar isə 26,9% artaraq 4 milyon 642,0 min manat (mart ilə müqayisədə 23,8% çox) təşkil edib.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 0% komissiya
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
21 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 23 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub























