Zakir İbrahimov və heyəti “Öksüt” qızıl mədəninə səfər edib
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin “Çiftay” dağ-mədən və tikinti şirkətinin “Öksüt” qızıl mədəninə səfər edib. İşgüzar səfər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşəbbüsü və iştirakı, Türkiyənin Metal Sənayeçiləri Birliyini (MSB) təmsil edən MEXT Texnoloji Mərkəzi və onun tərəfdaşı “KoçDigital” şirkətinin təşkilati dəstəyi ilə həyata keçirilib.
“AzerGold”un yaydığı məlumatda bildirilir ki, Kayseri şəhərində yerləşən və Kanadanın “Centerra Gold” şirkəti tərəfindən istismar edilən qızıl mədənində istehsalatın avtomatlaşdırılması prosesi ilə bağlı tətbiq edilən texnologiyalarla yaxından tanışlıq və işgüzar əlaqələrin genişləndirilməsi məqsədi daşıyan səfər çərçivəsində istehsal müəssisəsində səmərəlilik əmsalının artması, əsas keyfiyyət göstəricilərinin dəyərləndirilməsi istiqamətində təcrübə mübadiləsi məqsədilə dördtərəfli görüş keçirilib. Görüşdə Cəmiyyətin istehsal proseslərinin innovativ həllərin və müasir texnologiyaların tətbiq edilməsi ilə avtomatlaşdırılması üzrə potensial əməkdaşlıq perspektivləri və bu çərçivədə atılacaq növbəti addımlar müzakirə edilib.
Qeyd edək ki, fəaliyyətə başladığı dövrdən müxtəlif istiqamətlər üzrə innovativ yenilikləri tətbiq edən və daim təkmilləşdirən “AzerGold” QSC mütəmadi qaydada maddi-texniki bazasını çağdaş dövrün texniki tələblərinə uyğun olaraq yeniləyir. İnnovativ yanaşmalar təkcə istehsal prosesinin səmərəliliyini artırılması məqsədilə deyil, biznesin inkişafı, işçilərin sağlamlığının qorunması, əməyin təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitin mühafizəsi və digər fəaliyyət istiqamətləri üzrə də tətbiq edilir. Bu məqsədlə İqtisadiyyat Nazirliyinin tabeliyində 4SİM ilə Türkiyənin MSB-yi arasında ötən ilin sonu imzalanmış anlaşma memorandumu çərçivəsində MEXT Texnoloji Mərkəzi və “KoçDigital” şirkəti ilə birgə rəqəmsal savadlılığın təşviqi, ağıllı istehsal proseslərinin qurulması, istehsalat sahələrinə qarşılıqlı səfərlərin təşkili və s. kimi əməkdaşlıq istiqamətləri üzrə müvafiq addımlar atılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 7 saat əvvəl
-
-
23 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti


























