Gürcüstan hökuməti “Borjomi”nin səhmdarı ola bilər
“IDS Borjomi” şirkəti səhmlərinin bir hissəsini təmənnasız olaraq Gürcüstan hökumətinə təklif edib.
Bu barədə şirkətdən bildirilib.
Qeyd olunub ki, “IDS Borjomi International” şirkəti Gürcüstan hökumət ilə danışıqlar zamanı səhmlərin bir hissəsini qarşı tərəfə təqdim olunması ilə bağlı rəsmi təklif irəli sürüb. Bu addım Gürcüstan hökumətinə beynəlxalq şirkətin idarəçiliyində iştiraka imkan verəcək.
Bildirilib ki, regionda son zamanlar baş verən neqaqtiv hadisələr “IDS Borjomi International” şirkəti üçün çətinliklər yaradıb və bunun nəticəsində Borjomi şəhərindəki iki qablaşdırma zavodunda istehsal dayandırılıb: “Nəticədə mindən çox insan işini itirmək təhlükəsi ilə üz-üzə qalıb. Gürcüstan hökuməti təklifi qəbul edəndən sonra “IDS Borjomi” şirkəti zavodlarda istehsal prosesini və iqtisadi fəaliyyətini bərpa edə biləcək”.
“IDS Borjomi” şirkətinin iki qablaşdırma zavodunda istehsal prosesi aprelin 30-dan müvəqqəti dayandırılıb. Şirkət səhmlərinin Rusiyaya məxsusluğu səbəbindən sanksiyalara məruz qalıb və ciddi maliyyə problemləri ilə üzləşib. Şirkət bu ayın əvvəlində 49 əməkdaşını ixtisar edib.
KREDİTİ ONLAYN əldə et – 30 000 AZN-dək, 0% komissiya
“Report”
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 3 d. əvvəl
-
57 d. əvvəl
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
-
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İcbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
-
1 saat əvvəl
İSB: Xarici ölkə vətəndaşları Azərbaycana gəlmədən sığorta məhsulu əldə edə bilər
-
1 saat əvvəl
"Unibank" "Finance in Motion" ilə 10 milyon avroluq saziş imzalayıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq!
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
İcbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır
"Azərbaycan İstehlakçılar Şurası" yaradılıb
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
Ən çox oxunanlar
"Unibank" "Finance in Motion" ilə 10 milyon avroluq saziş imzalayıb
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar






























