"ABB-İnvest" zərərdən mənfəətə keçib

"ABB-İnvest İnvestisiya Şirkəti" QSC 2021-ci ili 213 min 295 manat xalis mənfəət ilə başa vurub. Halbuki, şirkət 2020-ci ili 38 min 713 manat xalis zərər ilə bağlamışdı.
Marja.az xəbər verir ki, 2021-ci ildə "ABB-İnvest"in faiz gəlirləri 645 min 745 manat, qeyri-faiz gəlirləri isə 237 min 114 manat təşkil edib. Şirkət 2020-ci ildə yaradıldığından həmən il demək olar ki, gəlirlər əldə etməmişdi.
Ötən il "ABB-İnvest"in cəmi gəlirləri 887 min 589 manat, cəmi xərcləri isə 674 min 294 manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə "ABB-İnvest"in cəmi gəlirləri 9 min 736 manat, cəmi xərcləri isə 48 min 449 manat təşkil etmişdi.
31 Dekabr 2021-ci il tarixində "ABB-İnvest"in cəmi aktivləri 15 milyon 66 min manat, o cümlədən investisiya qiymətli kağızları 14 milyon 411 min manat təşkil edib. 2020-ci ilin sonunda şirkətin cəmi aktivləri 261 min 594 manat təşkil etmişdi.
“ABB” Açıq Səhmdar Cəmiyyətinin 100%-li törəmə şirkəti olan "ABB-İnvest" 2020-ci ildə 300 min manatlıq səhmdar kapitalı ilə yaradılıb. Hazırda nizamnamə kapitalı 3 milyon manata çatdırılıb. “ABB-İnvest İnvestisiya Şirkəti" pərakəndə və korporativ müştərilərə investisiya xidmətlərinin tam spektrini təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
- 8 d. əvvəl
-
- 19 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 9 saat əvvəl
-
9 saat əvvəl
Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 10 saat əvvəl
-
12 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 12 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Azərbaycan neftinin son qiyməti

Bakıda “Şəhər daxilində yeni şəhər” - Böyükşor gölü ətrafına 5 milyard dollaradək investisiya yatırılacaq

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub

Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
Ən çox oxunanlar

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
