ABŞ-da benzin qiymətlərində yeni rekord
ABŞ-da benzinin qiyməti orta hesabla bir qallon üçün 4,619 dollara yüksələrək rekordu yeniləyib.Bazar ertəsi ABŞ-da yanacaqdoldurma məntəqələrində benzinin orta qiyməti yenidən bahalaşaraq bir qallon (3,785 litr) üçün 4,62 dollara çatıb. Bu qiymət yeni rekorddur.
Marja.az ölkədəki 60 000-dən çox yanacaqdoldurma məntəqəsində qiymətləri izləyən qeyri-kommersiya Amerika Avtomobil Assosiasiyasının yenilənmiş məlumatlarına istinadən xəbər verir ki, bir il ərzində benzinin orta qiyməti 1,57 dollar (51%) artıb.
Məlumatlara görə, bazar ertəsi səhərə qədər Regular markalı benzinin (Aİ-92 benzininə uyğundur) bir qallonunun ABŞ üzrə orta qiyməti 4,62 dollara qalxıb (bazar günü bu rəqəm 4,61 dollar olub). Tətil dövründən əvvəl ABŞ-ın bütün 50 ştatında bir qallon yanacağın qiyməti orta hesabla 4 dolları, yeddi ştatda isə 5 dolları keçib.
Ölkədə ən yüksək benzin qiymətləri ənənəvi olaraq Kaliforniya ştatında qalır, burada avtomobil sürücüləri orta hesabla bir qallon üçün 6,15 dollar ödəməli olurlar, ayrı-ayrı yanacaqdoldurma məntəqələrində bir qallon benzinin qiyməti 7 dolları keçir.
Birləşmiş Ştatlarda benzinin qiymətində güclü artım bu qışın sonunda başlayıb və rekord səviyyələri daim yeniləyir. Yanacağın qiymətinin artması Ağ Evin bu tendensiyaya qarşı çıxmaq cəhdlərinə baxmayaraq, dünya bazarında neftin qiymətinin artması fonunda baş verir.
30 may 2021-ci ildə qiymət bir qallon üçün 3,05 dollar səviyyəsində idi.
ABŞ prezidenti Co Baydenin administrasiyası benzinin qiymətinin qalxmasını Rusiyanın Ukraynaya hücumu ilə əlaqələndirməyə çalışır, lakin ABŞ prezidentinin siyasi opponentləri bu cür izahatları rədd edirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 11 saat əvvəl
-
11 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
20 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)






.jpg)





