Mərkəzi Ordu İdman Klubunun sabiq rəhbəri barəsində həbs qətimkan tədbiri seçilib
Mərkəzi Ordu İdman Klubunun sabiq rəhbəri Elxan Məcidov barəsində həbs qətimkan tədbiri seçilib.
Bakı Hərbi Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə müstəntiqin Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun sabiq rəisi Elxan Məcidovun barəsində vəsatətinə baxılıb. Məhkəmənin 04.06.2022-ci il tarixli qərarına əsasən, Elxan Məcidovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İistintaq orqanı Elxan Məcidovu Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə külli miqdarda rüşvət almada və digər cinayət əməllərində təqsirləndirir.
Elxan Məcidov xidmət etdiyi dövr ərzində, çoxsaylı hərbi qulluqçuların külli miqdarda rüşvət müqabilində əsassız olaraq Mərkəzi Ordu İdman Klubuna köçürülməsini, aylığa buraxılmasını təmin edib.
Qeyd edək ki, Elxan Məcidov əvvəllər Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun köməkçisi vəzifəsində işləyib.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 d. əvvəl
- 30 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Yerli kibertəhlükəsizlik startapı "Cypho"ya Avropada ciddi maraq var"
-
2 saat əvvəl
“Okuklu Holding”in rəhbəri Yılmaz Okuklu ilə bir qrup şəxs arasında dava-dalaş olub
-
2 saat əvvəl
Takaiçi-dən böyük qələbə - Yaponiya səhmləri rekord həddə yüksəlib
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yeni Li Auto L9 Livis krossoveri təqdim edilib - QİYMƏT
Prezident ABŞ şirkətlərinin rəhbər şəxslərini qəbul edib
“Unibank”da yığıncaq keçiriləcək
Türkiyə toyuq əti ixracını dayandırdı
“Okuklu Holding”in rəhbəri Yılmaz Okuklu ilə bir qrup şəxs arasında dava-dalaş olub
Takaiçi-dən böyük qələbə - Yaponiya səhmləri rekord həddə yüksəlib
Azərbaycanda 11-ci Domino’s restoranı açılacaq
Qızılın qiyməti yenidən 5 min dolları keçib
Rəsmi məzənnələr açıqlandı
Mark Zukerberq Bezosu keçərək dünyanın ən varlı 4-cü şəxsi olub
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti





















