"Rusiya Qərb investisiya şirkətlərinin ən azı 17 milyard dollar məbləğində vəsaitlərini dondurub"
"Qərbin investisiya bankları və şirkətlərinin Rusiyada dondurulmuş vəsaitlərinin məbləği ən azı 17 milyard dollardır".
Marja xəbər veri ki, bu barədə “İzvestiya” qəzeti 12 ən böyük investisiya bankı və şirkətinin illik və rüblük hesabatlarına istinadən məlumat yayıb.
Söhbət JPMorgan Chase, Goldman Sachs, Morgan Stanley, BlackRock, Credit Suisse, Deutsche Bank, Barclays, State Street Corporation, Bank of America, HSBC, UBS, Citi Group, State Street Corporation və HSBC-nin vəsaitlərindən gedir.
Qəzet qeyd edir ki, Mərkəzi Bank qeyri-rezidentlərə Rusiya qiymətli kağızlarını satmağı və pul çıxarmağı qadağan etdiyi üçün vəsaitlər dondurulub.
Deutsche Bank-ın hesabatına görə, Rusiya Almaniya bankı üçün ən yüksək kredit riski olan ölkələr sırasındadır, risk 3,6 milyard avro (və ya 3,87 milyard dollar) təşkil edir.
Nəşrin məlumatına görə, 2021-ci ilin sonunda Citi Group-un ölkə riski 5,4 milyard dollar təşkil edib.
İsveçrənin Credit Suisse bankının hesabatında deyilir ki, 2021-ci ilin sonunda Rusiyada xalis kredit riski 0,8 milyard İsveçrə frankı (0,832 milyard dollar) təşkil edib.
Goldman Sachs kredit riskini 650 milyon dollar qiymətləndirir.
JPMorgan Chase Rusiyaya investisiyalar hesabına 1 milyard dollar itirmək riski daşıyır.
UBS Korporasiyasının riskə məruz qalması 31 mart 2022-ci il tarixinə 0,4 milyard dollara qədər azalıb, Bank of America kreditləri üzrə mümkün itkilər üçün ehtiyatlar 165 milyon dollar təşkil edir.
BlackRock-un illik hesabatından belə çıxır ki, Rusiya Federasiyasına yatırdığı xalis aktivləri 0,586 milyard dollar təşkil edir. Qəzet əlavə edir ki, Amerikanın “Morgan Stanley” şirkətinin Rusiyaya ümumi investisiyası 120 milyon dollar qiymətləndirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
44 d. əvvəl
Maliyyə nəhəngi qızıl üçün tarix açıqladı: 6 min dolları nə vaxt keçilə bilər?
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Gömrük xərcləri artsa da Li Auto qiymətləri sabit saxlayır - QİYMƏTLƏR
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Yerli kibertəhlükəsizlik startapı "Cypho"ya Avropada ciddi maraq var"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Fevralın 10-da gözlənilən hava şəraiti - BAKIYA QAR YAĞACAQ
“Bank Respublika”nın“Qızıl Seçim” lotereyası davam edir
Prezident ABŞ şirkətlərinin rəhbər şəxslərini qəbul edib
“Unibank”da yığıncaq keçiriləcək
Naxçıvana yeni Baş naziri təyin olundu
Türkiyə toyuq əti ixracını dayandırdı
“Okuklu Holding”in rəhbəri Yılmaz Okuklu ilə bir qrup şəxs arasında dava-dalaş olub
Takaiçi-dən böyük qələbə - Yaponiya səhmləri rekord həddə yüksəlib
Azərbaycanda 11-ci Domino’s restoranı açılacaq
Qızılın qiyməti yenidən 5 min dolları keçib
Rəsmi məzənnələr açıqlandı






















