AccessBank-da yeni idarəedici komanda

AccessBank-da yeni idarəedici komanda fəaliyyətə başlayıb.
Bankın İdarə Heyətinin Sədri Davit Tsiklaurinin rəhbərliyi ilə qurulan komanda Ramin Hüseynov, Orxan İsmayılov, Zəhra Zeynalova, İlkin Quliyev və Renat Hümbətovdan ibarətdir.
Yeni idarəedici komandanın səlahiyyət və öhdəlikləri aşağıdaki kimi formalaşıb:
Ramin Hüseynov - Baş Maliyyə İnzibatçısı
Orxan İsmayılov - Baş risk inzibatçısı
Zəhra Zeynalova - Əməliyyatlar üzrə baş inzibatçı
İlkin Quliyev - Pərakəndə və Korporativ bankçılıq
Renat Hümbətov - KOB bankçılıq
Yeni idarəedici komandanın üzvləri AccessBank və ölkənin digər aparıcı banklarında 15 ilə yaxın təcrübəyə malik olmaqla yanaşı, eyni zamanda nüfuzlu universitetlərin (Corc Vaşinqton, Nyukasl Biznes, Nyu York və s.) məzunlarıdır.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla, 29 filialı fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
-
2 saat əvvəl
Ağalarov yeni müqavilələr imzaladı - otellər, tibb mərkəzləri tikiləcək
-
3 saat əvvəl
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
-
5 saat əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
5 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
-
6 saat əvvəl
İllik gəlirliliyi 18% olan istiqrazların ticarətə buraxılması üçün qərar verilib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək - Rəhbərliyində dəyişikliklər edilir
Son Xəbərlər

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir - Uçotda olmayanlara işləməyə icazə verilməyəcək

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq

Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı" yaradılacaq
