Azərbaycan və İran viza və sərhəd-keçid prosedurlarının sadələşdirilməsini müzakirə edib
İyunun 27-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və İran İslam Respublikasının mədəni irs, turizm və əl işləri sənayesi naziri Seyid İzzətullah Zərqami arasında görüş keçirilib.
İslam Əməkdaşlığı Təşkilatının Turizm Nazirlərinin 11-ci Konfransı çərçivəsində keçirilən görüşdə Azərbaycan və İran arasında turizm əlaqələrinin inkişaf perspektivləri və gələcək əməkdaşlıq imkanları haqqında müzakirələr aparılıb.
Fuad Nağıyev iki qonşu ölkə arasında turizm sahəsi üzrə qarşılıqlı təcrübə mübadiləsi məsələsinin mühümlüyünü vurğulayaraq Azərbaycana səfər edən vətəndaşların sayına görə İranın ilk üçlükdə qərarlaşdığını diqqətə çatdırıb.
Agentlik sədri postpandemiya dövründə turizmin sürətli bərpa prosesi fonunda İrandan gələn turistlərin sayının tezliklə pandemiyadan əvvəlki rəqəmlərə çatacağına ümid etdiyini bildirib.
Seyid İzzətullah Zərqami öz növbəsində iki ölkə arasında dərin tarixi və mədəni əlaqələrin mövcudluğunun turizm əlaqələrinin inkişafında mühüm rol oynadığını qeyd edib.
Görüşdə Azərbaycan və İran arasında turizm sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair imzalanmış sənədin reallaşdırılmasının vacibliyi, viza və sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, turizm sənayesi nümayəndələri arasında qarşılıqlı əməkdaşlığın təmin edilməsi üzrə aktiv işlərin aparılması və digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.
Fuad Nağıyev iranlı həmkarını Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya, Seyid İzzətullah Zərqami isə öz növbəsində Fuad Nağıyevi İrana səfərə dəvət edib.
Qeyd edək ki, cari ilin 5 ayı ərzində İran İslam Respublikasından Azərbaycana səfər edənlərin sayı 64833 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 77% artım deməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
4 saat əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
4 saat əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
12 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ən çox oxunanlar
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb






.jpg)
.jpg)














.jpg)


