“Gömrük rüsumları ləğv edilməsə, ƏDV azaldılmasa, geyim mağazaları üçün çətin olacaq”
"300 dollarlıq limitdən sui-istifadə edilir"“Karantin məhdudiyyətləri zamanı istehlakçılar onlayn mağazalardan aktiv şəkildə geyimlər almağa başlayandan sonra yerli idxalçılar ciddi satış problemi ilə üzləşiblər”.
Marja xəbər verir ki, bunu Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının sədri Fərid Novruzi bildirib.
Onun rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, karantin dövründə azərbaycanlı istehlakçılar xarici onlayn mağazalarda təxminən 165 milyon manat xərcləyiblər və əsasən geyimləri Türkiyə tədarükçülərindən alıblar (Türkiyə mənbələrinə görə bu məbləğ iki dəfə çoxdur):
“Bu, böyük məbləğdir, əlverişli şəraitdə bu pullar ölkədə qala bilərdi. Biz bir assosiasiya olaraq, hətta geyim istehlakçıları kimi başa düşürük ki, hər bir vətəndaşın seçim hüququ var və imkan daxilində qənaət etmək istəyir. Amma biz mağazalarımızda qiymətlərin yüksək olması problemini də tanıyırıq və həll etmək istəyirik. Brend mağazalarda malların qiyməti istehsalçının tövsiyə etdiyi qiymətlərlə müqayisədə 20%-30%-dən çox olmamalıdır. Təəssüf ki, bu gün bu fərq 40%-ə çatır və bəzən Türkiyədən gələn geyimlər üzrə daha da yüksək olur”.
Assosiasiyanın sədrinin sözlərinə görə, xarici onlayn platformalardan mal idxalına güzəştli şərait yaradılmasaydı, yaranmış vəziyyətin bəlkə də öhdəsindən gələ bilərdilər:
"Hazırda şəxsi istifadə üçün mal idxal edən şəxslər üçün müəyyən edilmiş 300 dollarlıq limitdən sui-istifadə edilir. Xüsusilə qeyd etmək istəyirəm ki, biz şəxsi istifadə üçün qoyulmuş məhdudiyyətlərin əleyhinə deyilik, lakin bu imtiyazdan iş adamları tərəfindən fəal şəkildə istifadə edildikdə, onlar vergi ödəməkdən yayınırlar ki, bu da haqsız rəqabətə gətirib çıxarır və onlara oxşar məhsulu ucuz qiymətə satmağa şərait yaradır. Sonra biz bazarda ayaqda qalmaq üçün mövcud vəziyyətdən danışmağa və ondan çıxış yollarını axtarmağa məcbur oluruq".
Fərid Novruzi qeyd edib ki, idxalçıların rəqabətdə uduzmamaları və işçilərini ixtisar etməmələri üçün idxal olunan geyimlərə tətbiq edilən gömrük rüsumunun ləğvinə ehtiyac var:
“O cümlədən bir sıra mal qrupları üzrə, əsasən də uşaq geyimləri üzrə ƏDV-nin azaldılmasını təklif edirik. Buna nail olsaq, istehlakçının onlayn mağazaların xidmətlərinə müraciət etməsinə ehtiyac qalmayacaq, çünki rəqabətli qiymətlərlə həm yerli mağazalarda, həm də yerli onlayn platformalarda mal almaq mümkün olacaq. Əks halda, belə bir vəziyyətdə rəqabət aparmaq bizim üçün çətin olacaq. İndidən bir çox yerli şirkətlər mağazaların sayını, müvafiq olaraq işçilərin sayını azaldırlar. Hətta biznesin bağlanmasını da istisna etmirlər”.
Fərid Novruzi əlavə edib ki, digər bir problem ucuz məhsula brend görkəmi verib, saxta loqo yapışdırıb orijinal kimi satışa təqdim edilməsidir. Hazırda Azərbaycanda saxta mal probleminin miqyası dəhşətlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
48 d. əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan fındığı xaricə daha baha satılıb, ixracından gəlirlər artıb
-
2 saat əvvəl
Xarici ölkələrə 158 min ton satılıb, 175 milyon dollar gəlir götürülüb
-
2 saat əvvəl
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul
-
3 saat əvvəl
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM
-
3 saat əvvəl
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib - SƏRƏNCAM
-
4 saat əvvəl
“AzInTelecom” və Azərbaycan Uşaq Fondunun birgə layihəsi – “SİMA missiyası” kitabı işıq üzü gördü
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib - SƏRƏNCAM
“AzInTelecom” və Azərbaycan Uşaq Fondunun birgə layihəsi – “SİMA missiyası” kitabı işıq üzü gördü
Dekabrın 23-də gözlənilən hava şəraiti
Azərbaycan-ABŞ iqtisadi tərəfdaşlığı müzakirə edilib
Bu dövlət şirkətinə 245 milyon manata yaxın faizsiz kredit verilib
Azərbaycandan Rusiyaya və əks istiqamətdə pul köçürmələri azalıb























.jpg)
