"Sanksiyalar Rusiyanın "İsgəndər" istehsal etməsinə və neft hasilatına mane olur"
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Josep Borrell (Cozep Borrel) hesab edir ki, Rusiya Federasiyasına qarşı sanksiyalar onun "İsgəndər" istehsal etməsinə və neft hasilatına mane olur.
"Sanksiyaların tətbiqindən sonra, həlledici olan hərbi sahədən danışsaq, Rusiyanın "İskəndər" və "X-101" kimi dəqiq idarə olunan raketlər istehsal etmək imkanları məhduddur", - Aİ-nin xarici xidmətinin rəhbəri "Yomiuri" qəzeti üçün məqaləsində bildirib.
“Neft hasilatı sahəsində təkcə xarici şirkətlər getmir, həm də üfüqi qazma kimi qabaqcıl texnologiyaların tətbiqi ilə bağlı çətin vəziyyət yaranıb”, - deyə o əlavə edib. Onun sözlərinə görə, Rusiya şirkətlərinin yeni yataqların istismara verilməsi imkanları məhduddur.
Borrell digər məsələlərlə yanaşı, avtomobil bazarında və aviasiya sahəsindəki problemləri də qeyd edib. O, sanksiyaların Qərb texnologiyasından asılı olan Rusiya iqtisadiyyatına mənfi təsir etdiyini vurğulayıb.
Josep Borrell qeyd edib ki, Aİ Rusiya ilə müharibə etmək niyyətində deyil və Ukraynaya hücuma əsas cavab sanksiyalar olacaq, onun təsiri daha da artacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
39 d. əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
-
46 d. əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 47 d. əvvəl
-
1 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 1 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
14 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 14 saat əvvəl
-
15 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
Rəsmi məzənnələr açıqlandı
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Ən çox oxunanlar
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"























