İranın energetika naziri Azərbaycana səfərə gəlib
İranın energetika naziri Əli Əkbər Mehrabian Bakıya səfərə gəlib.
Səfər çərçivəsində Mehrabian Azərbaycanda bir sıra görüşlər keçirəcək.
Nazir səfərdən əvvəl jurnalistlərə bildirib ki, İran hökumətinin siyasəti qonşu ölkələrlə, xüsusilə Azərbaycanla əlaqələri hərtərəfli inkişaf etdirməkdir. Bu siyasətin təmini istiqamətdə iki ölkənin prezidentləri müxtəlif görüşlər keçirib.
Mehrabian qeyd edib ki, İranla Azərbaycan arasında su və elektrik enerjisi sahəsində geniş əməkdaşlıq mövcuddur: "Elektrik enerjisi sahəsində İran, Azərbaycan və Rusiya şəbəkələrinin sinxronlaşdırılması layihəsi mövcuddur. Səfər zamanı bu layihə haqqında müzakirələr aparılacaq. Su sahəsində də iki ölkənin müştərək layihələri mövcuddur. “Qız Qalası” və “Xudafərin” bəndləri üzərində elektrik stansiyasının işə salınması məsələsi də müzakirə edilir. Bu stansiyaların işə salınması ilə iki ölkə müştərək elektrik enerjisi istehsal edəcək".
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
5 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 17 d. əvvəl
- 19 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















