İri aviaşirkət işçi çatışmazlığı səbəbindən 10 mindən çox uçuşu ləğv etdi
Böyük Britaniyanın “British Airways” aviaşirkəti işçi çatışmazlığı səbəbindən avqust ayından oktyabrın sonuna kimi daha 10 300 uçuşu təxirə salmaq qərarına gəlib.
Marja xəbər verir ki, bu barədə cümə axşamı Britaniyanın BBC Yayım Korporasiyası məlumat yayıb.
Xəbərə görə, aviabiletlərə tələbatın kəskin artması fonunda işçilərin çatışmazlığı şirkət üçün ciddi problemlərə səbəb olub. Ləğvlər Heathrow, Gatwick və City hava limanlarına təsir edəcək.
“British Airways” aviaşirkətinin COVİD-dən sonra trafikin bərpasına hazır olmaması səbəbindən aprel-oktyabr aylarında ümumilikdə 30 minə yaxın reys ləğv ediləcək.
Koronavirus pandemiyası zamanı aviaşirkət itkiləri azaltmaq üçün işçilərini əhəmiyyətli dərəcədə azaltmaq məcburiyyətində qaldı. Təkcə 2020-ci ildə şirkət, 10 min işçini, o cümlədən 4,7 min layner ekipajını işdən çıxarıb. Qalan işçilər isə 10%-dən 35%-ə qədər maaş kəsilməsini qəbul etməyə məcbur olublar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
39 d. əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
-
46 d. əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 47 d. əvvəl
-
1 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 1 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
14 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 14 saat əvvəl
-
15 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
Rəsmi məzənnələr açıqlandı
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Ən çox oxunanlar
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"























