"Yelo Bank"ın əməliyyat mənfəəti kəskin artıb
"Yelo Bank" ASC 2022-ci ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 2 milyon 352 min manat xalis mənfəət ilə başa vurub.
Marja xəbər verir ki, "Yelo Bank" ASC-nin xalis mənfəəti 2021-ci ilin 1-ci yarısı ilə müqayisədə 2022-ci ilin 1-ci yarısında 4,3 dəfə azalıb. Bank ötən ilin yanvar-iyun dövrünü 10 milyon 43 min manat xalis mənfəət ilə bağlamışdı.Həmin dövrdə xalis mənfəətin 8 milyon 50 min manatı ehtiyatdan qayıdan vəsaitdən qaynaqlanırdı. Bu il diqqəti cəlb edən "Yelo Bank"ın əməliyyat mənfəətinin 58% artmasıdır. Artım bankın gəlirlərinin artması ilə əlaqədardır.
GƏLİRLƏRİ ARTIB
2021-ci ilin birinci yarısı ilə müqayisədə 2022-ci ilin birinci yarısında "Yelo Bank"ın faiz gəlirləri 10 milyon 205 min manat və ya 34,7% artaraq 39 milyon 599 min manat, qeyri-faiz gəlirləri isə 4 milyon 828 min manat və ya 4,3 dəfə artaraq 6 milyon 289 min manat təşkil edib.
2022-ci ilin yanvar-iyun dövründə "Yelo Bank"ın cəmi əməliyyat gəlirləri 45 milyon 888 min manat, cəmi əməliyyat xərcləri 42 milyon 738 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 3 milyon 150 min manat təşkil edib. Bank əməliyat mənfəətindən 798 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb və hesabat dövrünü 2 milyon 352 min manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin birinci yarısında "Yelo Bank" ASC-nin cəmi əməliyyat gəlirləri 30 milyon 855 min manat, cəmi əməliyyat xərcləri 28 milyon 862 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 1 milyon 993 min manat təşkil etmişdi. Ehtiyatdan azad olmuş 8 milyon 50 min manatın hesabına mənfəət 10 milyon 43 min manata yüksəlmişdi.
BANK BÖYÜYÜB
2021-ci ilin sonu ilə müqayisədə "Yelo Bank"ın cəmi aktivləri 216 milyon 296 min manat və ya 40,5% artaraq 750 milyon 18 min manata, o cümlədən müştərilərə verilmiş kreditlər 91 milyon 442 min manat və ya 20,5% aratarq 537 milyon 480 min manata yüksəlib.
"Yelo Bank"da depozitlər 156 milyon 291 min manat və ya 44,3% artaraq 508 milyon 930 min manata çatıb.
30 iyun 2022-ci il tarixində "Yelo Bank" 91 milyon 752 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)













.jpg)