ASF: Sığortalı əkin sahələrinə dəymiş zərərlərin qiymətləndirilməsi prosesi yekunlaşmaq üzrədir
Aqrar Sığorta Fondundan (ASF) verilən məlumata görə, ilin əvvəlindən indiyədək bitkiçilik üzrə sığorta hadisələrilə bağlı daxil olmuş 599 müraciət əsasında 4500-ə yaxın təsərrüfatda təxminən 70000 hektar əkin sahəsinə baxış keçirilib.
Azərbaycan ərazisində son 7 ayda müşahidə olunan qeyri-sabit hava şəraiti, güclü külək, qasırğa, fırtına, leysan yağışları, sel, subasma və digər hallar bölgələrdə əkin sahələrinə ciddi zərər vurub.
Baş verən sığorta hadisələri ilə tanış olmaq, hadisələrin araşdırılması və əkin sahələrinə dəyən zərəri müəyyən etmək məqsədilə Aqrar Sığorta Fondunun rəhbərliyi və mütəxəssisləri, eləcə də müstəqil aqrar sığorta ekspertləri zərər dəymiş əkin sahələrində olublar, fermerlərlə görüşlər keçirib, onların müraciətlərini dinləyiblər.
Qeyd edək ki, əkin sahələrinə dəyən zərər iki mərhələdə qiymətləndirilib. Hadisədən dərhal sonra əkin ərazilərinə baxış keçirilib, sənədlərin uyğunluğu yoxlanılıb, dəyən zərər ilkin olaraq qiymətləndirilib. Növbəti qiymətləndirmə isə biçindən əvvəl həyata keçirilir və əkin sahəsinə dəyən zərərin dəqiq məbləği müəyyən edilir. Yəni, fermerin sahədən gözlədiyi məhsuldarlıqla real olaraq əldə edilən məhsuldarlıq arasında fərq dəqiqləşdirilir.
Zərərə görə sığorta ödənişləri fermerlər tam məhsulu biçdikdən sonra olunacaq. Hadisələrin araşdırılması prosesində digər müvafiq icra hakimiyyəti orqanlarına da müraciət edilib və hadisənin baş verməsi barədə onların da rəyləri alınmaqdadır.
Xatırladaq ki, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində 41 bitki, əkin sahələrinə zərər verə biləcək xeyli sayda risklərdən qorunur. Fermerlərə dəstək məqsədilə hesablanmış sığorta haqqının 50 faizini dövlət ödəyir.
Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində “Bitkiçilik məhsulları” bölməsində ətraflı tanış olmaq mümkündür.
Fermerlər əkin sahələrinin sığortası üzrə sığorta haqlarını və ödənişləri Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində “Bitkiçilik kalkulyatoru” bölməsində hesablaya bilərlər.
Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 17 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















