Metanın gəliri azalıb
“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi “Meta”nın gəliri bu ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalıb."Meta" 2022-ci ilin aprel-iyun dövrü üzrə balans hesabatını açıqlayıb.
Marja xəbər verir ki, şirkətin bu ilin ikinci rübündəki gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 1% azalaraq 28,8 milyard dollara düşüb. Meta 2021-ci ilin ikinci rübündə 29,1 milyard dollar gəlir əldə etmişdi.
Bu dövrdə "Meta"nın gəliri ilk dəfə bazar proqnozundan aşağı olub.
Şirkətin xalis mənfəəti ikinci rübdə 36 faiz azalaraq 6,7 milyard dollar təşkil edib.
Şirkətin 2021-ci ilin ikinci rübündə 3,61 dollar olan səhm üzrə qazancı da bu ilin eyni dövründə 2,46 dollara düşüb.
Bu dövrdə Meta "çətiri" altında olan Facebook-un gündəlik və aylıq aktiv istifadəçilərinin sayı artıb.
Facebook-un gündəlik aktiv istifadəçilərinin sayı illik müqayisədə 3 faiz artaraq 1,97 milyarda çatıb. Eyni dövrdə sosial şəbəkə saytının aylıq aktiv istifadəçilərinin sayı 1 faiz artaraq 2,93 milyarda yüksəlib.
Meta-nın yaydığı açıqlamada şirkətin ilin üçüncü rübündə gəlirinin 26-28,5 milyard dollar aralığında olacağı gözlənilir.
Açıqlamada deyilir ki, gəlir proqnozu makroiqtisadi qeyri-müəyyənlikdən irəli gələn zəif reklam tələbinin davam etməsini əks etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 56 d. əvvəl
- 57 d. əvvəl
-
-
1 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
-
15 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Rəsmi məzənnələr açıqlandı
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
Ən çox oxunanlar
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!


























