Dollar indeksində geriləmə dərinləşə bilər
EUR.
Ötən həftə açıqlanan statistik göstəricilərə əsasən ABŞ-da iqtisadiyyat 0.9% geriləyib. Halbuki, analitiklər 0.5%-lik iqtisadi artım proqnozlaşdırırdılar. Ardıcıl iki rüb geriləyən Amerika iqtisadiyyatının texniki resessiyaya girdiyi yönündəki düşüncələr dolların kəskin ucuzlaşmasına səbəb olsa da, FED sədri Jerom Pavel və ABŞ-ın maliyyə naziri Cennet Yellenin bunu təkzib etməsi dollar indeksindəki eniş tendensiyasının bir qədər səngiməsinə səbəb oldu. Lakin ABŞ iqtisadiyyatının gələcəyi ilə bağlı hökm sürən bu qeyri-müəyyənlik davam edərsə, dollar indeksində geriləmə də dərinləşə bilər. Təhlillərə əsasən, dolların ucuzlaşması fonunda EUR/USD cütlüyündə artım tendensiyası 1.03$ hədlərində qədər davam edə bilər.
GBP.
Ötən həftəni GBP/USD məzənnəsi də artımla başa vurdu. Əgər ABŞ iqtisadiyyatındakı resessiya qorxuları davam edərsə, funt sterlinqin dollar qarşısında 1.23$ hədlərinə qədər bahalaşa bilər.
Bu həftə açıqlanacaq İngiltərə Mərkəzi Bankının faiz qərarı, həmçinin Amerikada dərc olunacaq əmək bazarına dair statistik rəqəmlər, xüsusilə NFP göstəricisi, eləcə də, həm Avrozonada, həm İngiltərədə, həm də Amerikada dərc olunacaq biznes aktivliyi indeksi göstəriciləri invetorların diqqət mərkəzində olacaqdır.
TRY.
Ötən həftə son 2 ilin maksimumlarında ticarət olunan USD/TRY məzənnəsində “buğa”ların üstünlüyü davam edir. 17.95TL həddinin üzərində möhkəmlənərsə, qiymətin 18.00TL-yə qədər bahalaşması ehtimal olunur.
Bu həftə Türkiyədə açıqlanacaq inflyasiya səviyyəsinə dair göstəricilər də investorlar tərəfindən maraqla gözlənilir.
OIL.
Ötən həftənin son ticarət günü 111$ həddini test edən “Brent” nefti burada müqavimətlə qarşılaşaraq bir qədər gerilədi. Hazırda 107$ hədlərində təklif olunan OİLUK-in bir barel üzrə qiyməti 108$-ın üzərinə yüksələrsə, 110$-a kimi bahalaşa bilər.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
Avrozonada yaşanan enerji böhranı və siyasi gərginliklər, Amerikada artmaqda davam edən resessiya qorxuları fonunda güvənli liman maliyyə aləti olaraq qızıl sürətlə bahalaşır.1760$ həddlərində ticarət olunan qiymətli metalın bir unsiya üzrə dəyərinin 1768$-ın üzərində möhkəmlənə bilsə, 1783$-a (57.33$/qram) kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur







.jpg)







.jpg)







