Gəncədə təxminən 15 milyon manatlıq tikinti işləri görülüb
Gəncə Şəhər Statistika İdarəsi 2022-ci ilin yanvar-iyun ayları üzrə Gəncə şəhərində Əsas kapitala yönəldilmiş investisiyalar və tikinti müəssisələrinin fəaliyyəti vəziyyəti haqqında məlumatları açıqlayıb.
Əsas kapitala yönəldilmiş vəsaitlər. Gəncə şəhərində 2022-ci ilin yanvar-iyun aylarında əsas kapitala 37,0 milyon manat məbləğində vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 5,7 milyon manatı (15,4 faizi) məhsul istehsalı sahələrinin, 26,3 milyon manatı (71,1 faizi) xidmət sahələrinin, 5,0 milyon (13,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 55,6 faizi dövlət, 44,4 faizi isə qeyri-dövlət sektoruna məxsus olmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 33,8 milyon manatı və ya 91,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi həcmində büdcə vəsaitləri 55,6 faiz, müəssisə və təşkilatların vəsaitləri 8,9 faiz, əhalinin şəxsi vəsaitləri 35,5 faiz təşkil etmişdir.
Tikinti müəssisələrinin fəaliyyəti. Gəncə şəhərində 2022-ci ilin yanvar-iyun aylarında fəaliyyət göstərən müəssisələr tərəfindən yerinə yetirilmiş işlərin həcmi 14,9 milyon manat təşkil etmişdir. Ümumi tikinti işlərinin 9,6 milyon manatını, yaxud 64,4 faizini hüquqi şəxslərin yerinə yetirdiyi tikinti işləri (ondan 45,9 faizini tikinti, yenidənqurma və genişləndirmə, 10,1 faizini əsaslı təmir, 5,8 faizini cari təmir işləri, 2,3 faizini sair işlər), təşkil etmiş, 35,9 faizi fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















