"Rusiya sanksiya risklərinə görə Avrasiya İnkişaf Bankındakı payını Qazaxıstanın xeyrinə azalda bilər"
Sövdələşmə baş verərsə, Qazaxıstan bankın nəzarət edən səhmdarına çevrilə bilər.
“Bloomberg” mənbələrə istinadən xəbər verir ki, Rusiya sanksiyalar riskinə görə Avrasiya İnkişaf Bankının (AİB) nizamnamə kapitalındakı payını Qazaxıstanın xeyrinə azalda, onun nəzarət səhmdarı olmaqdan çıxa bilər.
Planla tanış olan üç nəfər bildirib ki, Rusiya kreditorun hədəfə alınması riskini azaltmaq üçün altı keçmiş sovet respublikası tərəfindən iqtisadi inteqrasiyanı təşviq etmək üçün yaradılmış Avrasiya İnkişaf Bankındakı əsas payından əl çəkməyi planlaşdırır.
Marja Bloomberg-in məlumatına istinadən xəbər verir ki, sövdələşmə baş verərsə, Qazaxıstan bankın nəzarət paketinə sahib ola bilər.
Hazırda Avrasiya İnkişaf Bankının 65,97%-i Rusiyaya, 32,99%-i Qazaxıstana, 1%-ə yaxını Belarusa, qalan hissəsi isə Tacikistan, Ermənistan və Qırğızıstana məxsusdur.
Avrasiya İnkişaf Bankı iqtisadi əlaqələrin genişləndirilməsi və iştirakçı ölkələrin: Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın hərtərəfli inkişafı məqsədi ilə Avrasiya məkanında investisiya fəaliyyətini həyata keçirən beynəlxalq maliyyə təşkilatıdır. Bankın portfelində əsas payı nəqliyyat infrastrukturu, rəqəmsal sistemlər, yaşıl enerji, kənd təsərrüfatı, sənaye və mühəndislik sahələrində inteqrasiya effekti olan layihələr yer tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
3 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramımız başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
-
3 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 3 saat əvvəl
-
4 saat əvvəl
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb
- 4 saat əvvəl
-
4 saat əvvəl
Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
-
5 saat əvvəl
Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb
-
5 saat əvvəl
Sənədləşmələrdə heyvanların sayı artıq göstərilib , 39 milyon manat "xərclənib"
-
5 saat əvvəl
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlayıb
-
6 saat əvvəl
IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"ZirvədəSən" təcrübə proqramımız başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
Ən çox oxunanlar

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir

Sentyabrın 27-də gözlənilən hava şəraiti

Bank əmlakın qiymətləndirməsi üzrə tender elan edib

Unicapital rəhbərliyi AmCham-ın təşkil etdiyi forumda çıxış etdi

Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır

Metropoliten sədrinə 4-cü müşavir təyin edilib
