Azərbaycan startapı Qazaxıstan bazarına daxil olur
Azərbaycandan olan Tripsome startapı Silkway Accelerator proqramına qatılaraq Qazaxıstan bazarına daxil olmağa nail olub. Azərbaycanın digər startapları da proqramın 2-ci mərhələsində iştirak edə bilər. Müraciət üçün son tarix - 21 avqustdur.Astana Hub və Google for Startups tərəfindən birgə həyata keçirilən Silkway Accelerator proqramının ilk mərhələsi müsbət nəticələr verib.
Marja.az xəbər verir ki, Azərbaycandan olan startap - Tripsome proqramda iştirak etmək hüququ qazanıb.
Proqram iştirakçıları unikal ustad dərslərində iştirak edə biləcəklər, ən yaxşı Google ekspertlərindən, təcrübəli "Astana Hub" mentorlarından ödənişsiz dəstək alacaqlar.
Azərbaycan startapı "Tripsome" asudə vaxtın əyləncəli keçirilməsi üzrə xidmətlər təklif edən kiçik bizneslərə onlayn satışda kömək edir. "Tripsome"ın saytından hobbilər kəşf edib ona qoşulmaq olar. Bu hobbilər paintballdan at sürməyə, keramika sənətindən tutmuş dalğıc sənətini öyrənməyə qədər geniş çeşiddədir.
"Tripsome" məqsədi partnyorların köməyilə insanlara sevinc anları yaratmağa və yaşamağa ruhlandırmaq və onları unudulmaz xatirələrə çevirməkdir.
Tripsome şirkətinin baş direktoru Cəsur Həsənov öz nailiyyətlərini bölüşür: “Proqramın 2 həftəsindən sonra Qazaxıstanda ilk işçimizi işə qəbul etdik, artıq 5 operatorla (xidmətlər təklif edən kiçik biznes) platformamıza qoşulmaq üçün razılığa gəlmişik, bu həftə müqavilə imzalayırıq. Biz artıq 200-ə yaxın potensial operatoru müəyyən etmişik və onlar ilə danışıqlara başlamışıq. Biz 2 həftədən sonra Qazaxıstanda fəaliyyətə başlayacağıq”.
Qeyd edək ki, proqramın ilk mərhələsinə iyulun 8-də start verilib və startapların hazırlığı sentyabrın sonuna kimi davam edəcək. İlk mərhələ üçün Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Monqolustan və Tacikistandan ən yaxşı 15 layihə seçilib.
Astana Hub iştirakçılara yaşayış və işləmək üçün məkan təqdim edir. Onlar biznes proseslərini, tərəfdaşlıq və işi necə səmərəli qurmağı, investisiya cəlb etməyi öyrənirlər. Həmçinim startaplar "Seed Money" proqramı çərçivəsində 25 milyon tengəyə qədər maliyyələşmə üçün müraciət edə bilərlər.
Google for Startups və Astana Hub-dan Silkway Accelerator birgə proqramı Mərkəzi Asiya üçün nəzərdə tutulub. Birinci mərhələ artıq yaxşı nəticələr göstərdiyindən Astana Hub qlobal şirkətlə tərəfdaşlığını davam etdirərək startaplara birgə kömək etmək üçün ikinci mərhələni elan edib.
"Startaplara bu unikal fürsətdən yararlanmağı və fəal şəkildə müraciət etməyi tövsiyə edirəm”, - Astana Hub-ın İnkişaf və İxrac üzrə İdarəedici Direktoru Abay Absamet bildirib.
Silkway Accelerator proqramının ikinci axını sentyabrın 2-də başlayacaq. Seçim prosesində Mərkəzi Asiya, Azərbaycan və Monqolustan startapları iştirak edə bilər. Layihələr Mərkəzi Asiya ölkələrindən ekspertlərin və Google Developers şirkətinin nümayəndələrinin daxil olduğu xüsusi komitə tərəfindən qiymətləndirilir. Təlim Nur-Sultanda oflayn rejimdə keçiriləcək və 3 ay davam edəcək.
Müraciət üçün son tarix - 21 avqustdur. Silkway Accelerator-da iştirak üçün müraciətlər avqustun 21-dək - https://astanahub.com/l/silkway-accelerator linkində qəbul edilir. Azərbaycandan olan startaplar da iştirak edə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 3 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 1 gün sonra
-
8 d. əvvəl
Toyota 2026-cı ildə 10 milyondan çox avtomobil istehsal etməyi planlaşdırır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“McDonald’s Azərbaycan” şəhid və qazi övladları üçün Yeni il bayramı təşkil edib - FOTO
-
2 saat əvvəl
Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
-
3 saat əvvəl
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
-
3 saat əvvəl
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
İlin son ENDİRİMLİ KREDİT TƏKLİFİ!
Azercell “Kinon” tətbiqinin funksionallığını genişləndirir
Şərurlu İsfəndiyarla bağlı qərar verilib
“McDonald’s Azərbaycan” şəhid və qazi övladları üçün Yeni il bayramı təşkil edib - FOTO
Ən çox oxunanlar
Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
Qızıl və gümüş qiymətləri yenidən rekord qırdı
Qızıl və gümüş rekord yenilədi
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Suriyada yeni pul vahidi dövrü başlayır

















