Fransa bankı Dolların 22 türk lirəsinə yüksələcəyini gözləyir
Fransa bankı Société Générale (SocGen) Türkiyədə inflyasiyanın oktyabrda rekord səviyyəyə - 87 faizə yüksələcəyini proqnozlaşdırıb. Bank daha əvvəl 22 olaraq açıqlanan il sonu USD/TL proqnozunu saxlayıb, USD/TL-də uzun mövqe tövsiyə edib.
Société Générale (SocGen) Türkiyə ilə bağlı təhlilində inflyasiyanın pik nöqtəsinin 87% olacağını proqnozlaşdırır.
Marja xəbər verir ki, SocGen, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) Avqust toplantısında faiz dərəcəsində dəyişiklik gözləmədiyini vurğulayıb.
Bank, “Türkiyənin rəsmi illik inflyasiya məlumatının oktyabr ayında 87 faizlə zirvəyə çatacağını gözləyirik” bildirib.
"İnflyasiyanın daha da sürətlənəcəyi gözlənilsə də, faizin artırılacağı ehtimalı azdır" qeyd edən Bank, Mərkəzi Bankın kredit artımını cilovlamaq, valyuta mövqelərinin qarşısını almaq və lirəni dəstəkləmək üçün digər tədbirlərə diqqətini davam etdirəcəyi gözlənilir.
“Bizim əsas ssenarimiz odur ki, TCMB seçkiyə qədər mövcud siyasətini davam etdirəcək”
TCMB üçün əsas ssenarinin ən azı gələn il 18 iyunda keçirilməsi planlaşdırılan seçkiyə qədər mövcud siyasəti davam etdirmək olduğunu qeyd edən SocGen, “Bizim fikrimizcə, güclü turizm gəlirləri lirə üzərindəki təzyiqləri azaldacaq. 2022-ci ildə kredit artımına nəzarət tədbirləri və TCMB-nin artan ehtiyatları da qış aylarında lirənin nəzarətsiz ucuzlaşmasının qarşısını alacaq",- qeyd edib.
Türk lirəsinin xarici amillərə görə dəyər itirməyə davam edəcəyini düşündüklərini qeyd edən SocGen, 2022-ci ilin sonu üçün USD/TL proqnozunun 22 türk lirəsi səviyyəsində olduğunu və uzun mövqe tövsiyə etdiklərini bildirib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"Yango Group” Dubaydan Azərbaycan bazarına 100 milyon dollar investisiya yatırıb və qlobal səviyyədə təcrübəsini genişləndirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 13 d. əvvəl
-
- 46 d. əvvəl
-
59 d. əvvəl
Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır
- 2 saat əvvəl
-
2 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Sabah İtaliya-Azərbaycan Universitetinin açılışını qeyd edəcəyik" - BƏYANATLAR
-
13 saat əvvəl
“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammiti başa çatıb
-
15 saat əvvəl
Trendyol “INmerge” İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır
-
15 saat əvvəl
Exxon Mobil dünya üzrə təxminən 2 min nəfəri işdən çıxaracaq
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycan neftinin qiyməti

Rəsmi məzənnələr açıqlandı

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır
Ən çox oxunanlar

Trendyol “INmerge” İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır

Exxon Mobil dünya üzrə təxminən 2 min nəfəri işdən çıxaracaq

Türkiyənin geyim markasının Azərbaycanda 8-ci mağazası açılıb

SOCAR : "Biz "təmiz enerji" şirkətinə çevrilmək istəyirik"

Oktyabrın 2-dək güclü külək əsəcək - XƏBƏRDARLIQ

Qadın sahibkarlar üçün layihəyə start verildi - Yeni biliklər əldə edəcəklər, bacarıqlarını genişləndirəcəklər

Naxçıvanda ilk dəfə aqrar sığorta ödənişi həyata keçirilib
