Avro/dollar üzrə yeni proqnozlar
Avro dollar qarşısında son 20 ilin minimumuna düüşb. İndi diqqət bu prosesin nə qədər "dərinə" gedə biləcəyinə yönəlib. Qlobal bazar "aktyorları" son ucuzlaşmadan sonra avro/dollar üzrə yeni proqnozlarını açıqlayıblar.
Marja.az xəbər verir ki, avronun dollar qarşısında 2002-ci ildən bəri ən aşağı səviyyəyə enməsindən sonra bəzi investisiya bankları bu enişin başlanğıc olduğunu bildirirlər.
"Morgan Stanley", FED-in monetar sərtləşdirməni (faiz artırmağı) davam etdirəcəyini qeyd edərək, avronun 2000-ci illərin əvvəlindən bəri ən aşağı səviyyə olan 0,97 dollara düşəcəyini proqnozlaşdırıb.
"Nomura" sentyabrın sonuna kimi avronun 0,975 dollara düşəcəyini proqnozlaşdırıb. Yaponiyada yerləşən investisiya bankının proqnozuna görə, sentyabrdan sonra enerji təchizatı ilə bağlı risklər artacağı üçün avro 0,95 dollara və ya daha da aşağı düşə bilər.
ING isə avronun zəifləməsi zamanı bəzi ölkələrin avro ilə ehtiyatlarını azalda biləcəyini vurğulayaraq, bu valyutanın daha da ucuzlaşacağını proqnozlaşdırıb.
Asiya ölkələrinin valyutalarını qorumaq üçün valyuta müdaxiləsi nəticəsində ehtiyatlarında balanssızlıq yaşadıqlarını qeyd edən ING, bu ölkələrin ehtiyatlarındakı çəkiləri tarazlaşdırmaq üçün avro sata biləcəklərinə diqqət çəkib.
FED-in Avropa Mərkəzi Bankından daha sürətli faiz artırmasından sonra bu il avro dollar qarşısında təxminən 13 faiz dəyər itirib.
Qeyd edək ki, avro/dollar məzənnəsi yenidən 1 dollar səviyyəsindən aşağı düşüərək 0.9915 dolları görüb.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 10 d. əvvəl
-
-
11 d. əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
- 44 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
























